Tezliklə Bankın plastik kartlarının sahibləri üçün ‘’PayKart ‘’ unikal bonus sistemi buraxılır.  Bank Respublikanın istənilən plastik kartının sahibləri avtomatik olaraq bu proqramın iştirakçısı olacaq. 


Sistemin iş prinsipi kifayət qədər sadə, rahat və effektiv  olacaq. Bankın yeni sistemi nağdsız ödənişlər üçün nəzərdə tutulmuşdur və bütün mağazalarda, bankın tərəfdaşlarının ticarət və xidmət vasitələrində tətbiq olunacaq. Bank Respublika bu sistemin başlanmasıyla 20-ci ildönümü şərəfinə, hər alış məbləğindən maksimal miqdarda  bonus "PAY" hədiyyə edir. PayKart sistemi haqqında əlavə və daha ətraflı məlumat tezliklə Bankın korporativ saytında, həmçinin KİV-də veriləcək.