Romir holdinqi son beş ildə uşaq malları bazarında dinamikanı analiz ediblər. Romir araşdırma şirkətinin ekspertləri ölkədə doğum sayının aşağı düşməsini səbəb göstərib.


Facemark.az xəbər verir ki, tədqiqat ölkənin 220 şəhərində 40 000 istehlakçı və 15 000 evdar qadınlar arasında aparılıb.


Rosstatın məlumatına görə, 2015-ci ildə Rusiyada pərakəndə ticarət bazarının həcmi 10% azalıb. Həmin ildə mallar kateqoriyalar üzrə bölünmüşdü və nəticələr artmanı göstərirdi.


Tədqiqatda deyilir ki: “Onlar arasında lider uşaq malları və uşaq qidalanma məhsulları daxil idi. Ötən illə müqayisədə artma isə 40% olmuşdu. Həmin dövrün nəticələri göstərirdi ki, Rusiyalıların demək olar ki yarısı, 50%-i 3 yaşına qədər olan uşaqlara xərcləri artırıblar.


Ancaq 2019-cu ildə situasiya radikal şəkildə dəyişib. Belə ki, 2015-ci ildə artım dinamikası göstərən mallar qrupuna daxil olan (uşaq qidalanma məhsulları, geyimləri) hazırda mənfi dinamika göstərən mallar qrupuna daxildir.


“Bu bazar cari ildə 2018-ci illə müqayisədə 9% azalma göstərib”, - deyə Romirin prezidenti Andrey Milexin deyib. Onun sözlərinə görə, uşaq malları bazarındakı azalma demoqrafik situasiyanın dəyişməsi ilə izah etmək olar.


2014-2015-ci ildə, yeni əsrin başlanğıcında ölkədə doğum hallarının sayı pik həddə çatmışdı. Bugünkü dövrdə isə doğum hallarının sayı azaldığından bu uşaq mallarına tələbatı da aşağı salır.


Bundan başqa, bazarın azalmasının başqa bir səbəbi isə sənayeyə promo-təzyiqin olmasıdır, - deyə tədqiqat şirkətinin prezidenti deyib.