DəmirBank Aykart – yeni taksit tipli faizsiz kredit kartını təqdim etməyə başlayıb. Aykart müştərilərə pulsuz (xidmət haqqı olmadan) verilir və müxtəlif üstünlüklərə malikdir. Kredit xətti 3 ilə 300 - 5000 manat məbləğində ayrıla bilər.


“Aykart-la al malı-xidməti, aylara böl qiyməti” sloqanı ilə təqdim edilən kredit kartının öz personajı da mövcuddur.


Aykart-ın əsas təyinatı DəmirBank-la tərəfdaş ticarət və xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran, turizm və s.) mal və xidmətlərin dəyərinin kartla ödənişidir. Aykart ilə istifadə edilən məbləğ faiz hesablanmadan Banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 3, 6 və ya12 aya ödənilir. Tərəfdaşlar Klubuna 40 şirkət / brend üzrə 70-dək ticarət / xidmət məntəqəsi daxildir və bu siyahı genişlənir.


Əlavə olaraq Aykart ilə DəmirBank-la tərəfdaş olmayan ticarət / xidmət yerlərində və İnternetdə ödənişlər etmək, eləcə də DəmirBank-ın bankomatlarından nağd pul çıxarmaq olar. Lakin, kartın bu əlavə imkanları üzrə müəyyən limitlər və komissiyalar mövcuddur.


Kart üzrə istifadə edilən məbləğlər müvafiq aylar ərzində hər ayın 1-dən 10-dək Bankda ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və beləliklə kredit xətti 3 il ərzində dəfələrlə yenidən istifadə edilə bilər.


Aykart-ın şərtləri, Tərəfdaş şirkətlərin siyahısı və digər məlumatları www.aykart.az saytından da əldə etmək olar.


DəmirBank-ın sifarişi ilə yeni məhsulun konsepti, dizayn materialları və internet saytı “JİS” tərəfindən hazırlanıb.


P.S. Facemark olaraq bu yaxınlarda bütün taksit proyektləri barədə ətraflı informasiyanı dərc edəcəyik. Eyni zamanda proyekt müəllifləri ilə intervyular da olacaqdır.