Moda predmentləri üzrə qlobal axtarış sistemi Lyst 2019-cu ilin üçüncü rübündə 20 ən popular brendin reytinqini tərtib edib.


Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, auditoriyanın tələbi üzrə ilk beşliyə Off-White, Balenciaga, Gucci, Versace və Prada daxil olub.


İyuldan sentyabradək kişilər ən çox Moncler Bramant-ın puxlu gödəkçəsini, Gucci qayışını və Nike Air Jordan krossovkalarını axtarış ediblər. Qadınlar arasında isə ən yüksək maraq Bottega Venetta-ın dəri sandallarına, Jacquemus-dan mini çantalara, Adidas Continental 80 krossovka modellərinə olub.


Hesabatda deyilir ki, Kendall Cenner və Sofiya Riçi tez-tez bu krossovka modelləri ilə auditoriyanın qarşısına çıxıblar. Lyst-in populyar 20 brendi sırasına 45%-lə geyim predmentləri düşüb, ayaqqabı markalarının reytinqdə payı isə ¼, 25% olub. Axtarışlar üzrə sorğuların 17%-ni aksessuarlar, qalan yerdə 13%-ni isə çantalar tutub.


Qadınlar və kişilər 2019-cu ilin üçüncü rübündə geyim predmetləri arasında daha çox gödəkçələr (15%), futbolkalar (13%), və krop-top axtarıblar.


İdman kostyum ən yaxşı TOP-20 marka üzrə sorğuların 8-ni təşkil edib, rəsmilər isə cəmi 1% olub.


Cinslər Lyst-də əsas kateqoriyalardan biri olaraq qalır, amma onların payı reytinqə düşmüş markaların çeşidinin 3%-ni təşkil edir. Lyst-ə düşən markaların yarısından çoxu-57%-i gözəçarpan loqotipə malikdir.


Populyar brendlərin 29%-nin qiyməti isə 200 dollardan 500 dollaradək olub, 14%-nin isə qiyməti 200 dollardan aşağı olub. Malların 17%-nin qiyməti 500 dollardan 750 dollaradək olub. Geyim və ayaqqabı predmentlərinin 40%-nin qiyməti 750 dollardan yüksək hesab olunub. Lyst-in reytinqinə düşən malların orta qiyməti isə 510 dollar təşkil edir.