Dünya texnologiya istehsalında 10% paya sahib ağıllı telefonlar ABŞ-da reklam xərclərindən 1% pay almaqdadır, ancaq son zamanlar sosial media şirkətlərinin mobil reklama fokuslanıb böyük şirkətlərin diqqətini çəkəcək məhsullar ortaya çıxarma cəhdləri də sektorun keçən ilki 3.6 milyard dollarlıq böyüklüyünü qısa zaman ərzində keçəcəyi siqnalları verir. İlkin ehtimallara görə, 2015-ci ildə 15 milyard dollardan çox bir dəyərə sahib olacağı söylənən mobil reklam bazarının hazırki ən böyük sıxıntısı onsuz da kiçik olan ekranlarda istifadəçilərin əsəblərini pozmadan geri dönüşün yüksək səviyyədə olduğu məhsullar ortaya çıxara bilməkdir.


Məsələn, Samsunq son zamanlar mobil reklam və marketinqə çəkdiyi xərcləri iki qatına artırmasına baxmayaraq marketinq direktorunun “vərdiş olduğumuzdan o qədər kiçik bir sahədə çalışırıq ki, marka vədini və təklifini çatdırmaq çox çətin olur”- deyə, etiraf edir. Buna baxmayaraq, Samsunq davamlı olaraq çalışmalara və mobil qurğulara fokuslanmağa davam edir. Deyilənlərə görə, növbəti həftələrin birində iPhone istifadəçiləri Samsunq-un mobil reklamlarına şahidlik edəcək.


Təbii ki, mobil marketinqdə tək problem piksellərdən ibarət deyil, önəmli bir problem də ölçülməklə əlaqədardır. Reklamların uğurlarını ölçə bilmək üçün müəyyən olunmuş bir qaydadan istifadə edilmir və şirkətlərdə yatırımlarının nəticəsini görmək istəyir, lakin dəqiq məlumatlar verilmədiyindən şirkətlərdə bura çox büdcə ayırmaqda tərəddüd edir.


Ancaq şirkətlər bu mənfi kimi görünən havaya baxmayaraq mobil marketinqə böyük önəm verir. Çünki insanlara artıq sadəcə kompüter və televizor başında olarkən bazarlıq etmə dövrü bitti. İnsanlar mobil texnologiyanı olduqca çox istifadə edirlər və getdikləri hər yerdə cihazları da onlarla birlikdə olur. Dünyada 4.5 milyard mobil abunə olmaqdadır və penetrasiya səviyyəsi 79%-dir. Eyni bölgələrdəki rəqəmlərin 25%-ində kompüter olması isə mobil cihazlara çatmanın daha asan olduğunun bir göstəricisi olaraq qarşımıza çıxır.


Mobil cihazlara əl çatmanın asanlaşdırılması ilə xüsusilə Latin Amerika, cənub-şərqi Asiya, Hindistan və Afrika kimi bölgələrə də bazarlıq etmə halına gəldiklərini bildirən Coca-Cola marketinq departamentini “əgər 2020-ci ildə dövriyyəni 200 milyard dollaradək çıxarma kimi bir hədəfimiz varsa bunu ancaq bu bölgələrdən qazanacağımız milyonlarca istehlakçı sayəsində bacara bilərik” deyir və bu bölgədə istehlakçılara nail olmanın ən asan yolun mobil telefon olduğunu söyləyir.


Coca-Cola-nın bəhs etdiklərinə paralel olaraq da sosial media şirkətləri də bu bölgələrdə ofislər açmağa başlayaraq şirkətlərin bu yöndəki istəklərinə qulaq verir və onlar da bu bazardan paylarını almaq üzrə strategiyalarını inkişaf etdirirlər. Görünüşə görə, bəlkə də mobil bazar ehtimalları aşacaq və marketinqdə yeni bir cığır açaraq bizləri fərqli səviyyəyə aparacaq.