Epidemiyanın yayılmasının qarşısını almaq üçün Şanxay və Honkonqdakı əyləncə parkları bağlanılıb.
Disney, Çindəki adi bir Disneyland əyləncə parkının koronavirusa görə bağlanması şirkətə 175 milyon dollar zərər verəcəyini təxmin edir.
Facemark.az xəbər verir ki, məlumata görə, əgər parklar 2 ay ərzində bağlanacaqsa, bu halda şirkət Şanxayda 135 milyon dollar, Honkonqda isə 40 milyon dollar itirəcək.
Disney şirkətinin maliyyə direktoru Kristin Makkarti:
Parkların bağlanması, həmçinin o vaxta düşdü ki, Disneyland-a Çin Yeni ilinə görə axın çox olmuşdu.
Çin hökuməti 2019-cu ilin dekabrın sonunda yeni xəstəlik haqqında məlumat yaydı. Koronavirusun yeni tipi olan virus Çinin ən böyük şəhərlərindən biri olan Uxan şəhərində yayılmağa başladı. Rusiya da daxil olmaqla, bir çox ölkələrdə yoluxma hadisəsi qeydə alınıb.
Bir çox şirkət işçilərini yoluxma riskinə məruz qoymamaq üçün isə müəssisələrini müvəqqəti bağlayır. Məsələn, bu haqda Adidas və Nike bildirib. Şirkətlər isə bağlanan mağazaların sayı və nə vaxt açılacağı ilə bağlı dəqiq məlumat verilməyib.