İdman geyimləri istehsalçısı Adidas-ın gəlirləri Rusiya və MDB ölkələrində 2019-cu ildə 2018-ci il ilə müqayisədə 10,7% artıb, avro ilə ifadədə 658 milyon avroya çatıb, yerli valyutada isə artım 8% olub.


Facemark.az-ın məlumatına görə, bu haqda Praym nəşri şirkətin hesabatına istinadən yazıb.


Adidas-dan deyirlər ki, Rusiya və MDB ölkələrində satışlar 2018-ci ilin güclü nəticələrinə baxmayaraq artıb. Bu isə Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı ilə bağlı olub. 2019-cu ilin dördüncü rübündə Adidas-ın Rusiya və MDB ölkələrində gəlirləri 153 avro olub, bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 15% çox rəqəm deməkdir.


Hesabatda bildirilib ki, şirkətin 2019-cu ildə ümumi gəliri 7,9% artım göstərib və 23,6 milyard avroya çatıb. Xatırladaq ki, daha əvvəlki xəbərimizdə Beyonce ilə Adidas-ın əməkdaşlığı haqqında məlumat paylaşmışdıq. Orada qeyd etmişdik ki, müğənni Beyonce Adidas-ın qızıl loqosunu öz dişinə taxıb. Bundan başqa, Rusiyada Adidasın yeni diskont mağazaları fəaliyyətə başlayıb.