Kris Kempçinski, “McDonald’s”un baş direktoru


Kris Kempçinski 1967-ci ildə Ohio ştatında Cincinnati şəhərində dünyaya gəlib. O, Duke Universitetində bakalavr təhsili alıb, daha sonra isə magistr təhsilini 1997-ci ildə Harvard Business School-da (HBS) Biznes İdarəçiliyi üzrə alıb. Kempçinski öz karyerasına Procter & Gamble-ın brend-menecment sahəsində başlayıb.


Harvard Business School-a getməmişdən əvvəl 4 il ərzində Procter & Gamble-ın sabun istehsalı bölməsində çalışıb. HBS-dən sonra o, Boston Consulting Group-da menecment üzrə konsultant vəzifəsini icra edib.


O, burada istehlak malları və əczaçılıq preparatlarına diqqət edirdi. 2000-ci ildə Kempçinski PepsiCo şirkətində korporativ strategiya və inkişafdan məsul oldu. 2006-cı ildə isə alkoqlsuz içki istehsalçısı Pepsi-Cola-nın Şimali Amerika bazarına marketinq üzrə vitse-prezident idi.


Biznesmen McDonald’s-a gəlməmişdən öncə Kraft Foods-da şirkətin inkişafı üzrə icraçı vitse-prezident vəzifəsini və Kraft International-da prezident vəzifəsini icra edirdi. O, Kraft-dakı işinə isə 2015-ci ilin sentyabrında son vermişdi.