Daha 3%-i isə əmək haqqısının 75%-ni saxlamaq şərti ilə boşdadır.


Rusiyalıların cəmi 6%-i koronavirus pandemiyası fonunda işini itirib.


Facemark.az-ın məlumatına görə, belə bir nəticəyə isə beynəlxalq araşdırma şirkəti və işçilərin idarəetmə həlləri üzərində çalışan Kelly Services gəlib.


Respondentlərin 3%-i isə əmək haqqısının 75%-ni saxlamaq şərti ilə boşdadır. 5%-i daimi və haqqı ödənilməyən məzuniyyətə gedib, 6%-i isə etiraf edib ki, onların iş qrafiki və gəlirlərində azalma olub. Çalışanların 25%-i epidemiyadan öncəki qrafikdə işləməyə davam edib.


İşçilərin 43%-i isə məsafəli iş rejiminə keçib. IT, telekommunikasiya, istehlak mallarının istehsalı və satışı, əczaçılıq, tibbi avadanlıqların satışı, onlayn-riteyl, həmçinin maliyyə, investisiya, sığorta, konsaltinq üzrə peşəkar xidmətlər sahəsi daha asan məsafəli çalışma sisteminə adaptasiya olub.