Epidemiyadan öncə, çalışanların yalnız 65-nin evdən məsafəli çalışma təcrübəsinə malik idi. Respondentlərin böyük bir qismi, 64%-i daimi olaraq ofis işçisi olub, 15%-i istehsal, 9%-i mağaza, ticarət mərkəzlərində, 6%-i isə restoran və kafedə çalışıb. Digər 6%-i isə səyahət işi, növbəli iş, firlanser, növbəli iş və s.-dir.


Əməkdaşlar ilə rəhbərlər arasında qarşılıqlı ünsiyyət üçün əsas platforma elektron poçt olaraq qalır. Respondentlərin 52%-i ondan istifadə edir. Daha 43%-i isə daxili korporativ platformadan faydalanır. 5%-i isə Zoom, Teams, Skype kimi platformalarda onlayn toplaşır.


Onların 22%-i deyib ki, çalışma prosesində rəhbərlikdən heç bir göstəriş almırlar. Sorğuda iştirak edənlərin əksəriyyəti, təxminən 63%-i deyib ki, onlar çalışma prosesində rəhbərlikdən COVID-19-a görə baş verən dəyişiklik barəsində kifayət qədər informasiya alırlar. 19%-i isə şikayət edib ki, onlar iş prosesinə dair rəhbərlikdən kifayət qədər məlumat almırlar. 13%-i isə rəhbərlərin onlara göstərişlərindən heç nə anlamadıqlarını bildirib.


Koronavirusa görə, rəhbərlik ilə əməkdaşlar arasında münasibət kəskin dəyişib. Respondentlərin 38%-i deyib ki, işəgötürənlər onların qayğısına qalıb, 30%-i bildirib ki, rəhbərlərin hərəkətlərinə görə, onların şirkətə olan loyallığı artıb, 23%-i deyib ki, rəhbərlik epidemiya dövründə heç də özünün ən yaxşı tərəflərini göstərmədi.


Əgər krizis davam edərsə, işəgötürənlər özlərini necə aparmalıdır? Bu suala isə çalışanlar cavab verib.


Respondentlərin çoxu 37%-i, deyib ki, işverənlər krizis dövründə belə işçilərin maaş və iş yerlərini qoruyub saxlamalıdır. 34%-inin fikrincə, böhran davam edərsə, maaşlarının 2/3-ini almalarını gözləyirlər. 34%-i azaldılan iş qrafikinə keçməyi düşünür, 11%-i isə iş yerini saxlamaqla məzuniyyətə getməyi doğru hesab edib.


Respondentlərin 61%-i deyib ki, onlar karantin dövrü bitdikdən sonra, öz iş yerlərində qalacaqlar. 16%-i rəhbərliyi dəyişməklə, eyni sferada qalmağı, qalan 16%-i isə hər ikisini dəyişməyi planlaşdırır. Sonuncu variantı seçənlərin çoxu isə turizm, hotel, restoran, idman barları, fitnes, gözəllik salonlarında işləyənlərdir.


Qeyd edək ki, sorğuya Rusiyanın fərqli regionlarında yaşayan 54%-i kişi, 46%-i isə qadın qatılıb. Respondentlərin böyük hissəsi 54%-i Moskvadan, 20%-i Sankt-Peterburqdan, 26%-i isə digər regionlardan olub. Respondentlərin böyük hissəsi 26-33 yaş arasındadır (39%), 34-45 yaş arası isə (37%) olub. 12%-i isə daha gənc mütəxəssislər olub, 18-25 yaş arası.


Daha 11%-i 46-65 yaş arasında, 1%-i isə 65 və daha yüksək yaşda olublar. Respondentlərin 51%-i özlərini mütəxəssis olaraq görür. Digər yarısı təcrübəsizlər 9%, 12%-i yüksək səviyyəli idarəçilərdir.