Söhbət müvəqqəti olaraq, beş ay müddətində qazanclarda 10-20%-lik azalmadan gedir.
Condé Nast nəşriyyat evi dünya miqyasında işçilərin maaşını azaldıb və onların gələcəkdə ixtisar edilməsi isə istisna edilmir.
Facemark.az-ın məlumatına görə, bu haqda The New York Times nəşri yazıb.
Holdinqin rəhbəri Rocer Linç müvafiq məktubu 6 min işçisinə göndərib.
“Bizim reklamverənlərimiz, oxucularımız buna görə də holdinqimizi qarşıdakı aylarda ciddi maliyyə çatışmazlığı təzyiqi ilə üzləşəcək. Nəticədə, bizə əvəllər qəbul edilən qənaət tədbirinin siyahısını genişləndirmək lazım olacaq”, - deyə Linçin məktubunda deyilib.
Anna Vintur
Maaşların azaldılması, təkcə işçilərə deyil, top-menecelərə də təsir edəcək. Kimin ki illik qazancı 100 000 dollardan yuxarıdır, o zaman onun gəlirləri 10-20% azaldılacaq. Qənaət mexanizmi, həmçinin Condé Nast-ın kreativ direktoru Anna Vintura da təsir edəcək. Onun əmək haqqısı 20%, Linçin özünün isə 50% azaldılacaq. Belə ölçülər müvəqqəti xarakter daşıyır və may ayından başlayaraq qarşıdakı 5 ayı əhatə edəcək.
Bu şirkətin Rusiyadakı bölməsinə necə təsir edəcəyi isə hələ ki açıqlanmır.
Qeyd edək ki, Condé Nast nəşriyyat evində 143 jurnal hazırlanır və dünyanın 29 ölkəsində 144 milyon oxucusu var. O Rusiyada Vogue, GQ, GQ Style, Tatler, Glamour, Glamour Style Book, AD kimi nəşrlər çıxarır. Rusiyada, şirkətin özünün məlumatına görə, oxucu sayı 2,2 milyon nəfərdən çoxdur.