Son illərə qədər nəhəng fmcg məhsullarının istehsalçısı olan Procter & Gamble (P&G) kompaniyasında Türkiyə, Qafqaz, Mərkəzi Asiya üzrə uşağa qulluq və qadın şəxsi qulluq kateqoriyaları üzrə satış direktoru Dr.Onur Yaprak məsul olub.


Facemark.az xəbər verir ki, 2020-ci ilin may ayından etibarən isə o Türkiyə, Qafqaz, Mərkəzi Asiya bazarları üzrə marketinq direktoru vəzifəsini icra edəcək.


O, bakalavr təhsilini Marmara Universitetində Sənaye Mühəndisliyi ixtisası üzrə alıb. Doktorantura təhsilini isə Yeditepe Universitetində marketinq ixtisası üzrə bitirib.


Dr.Onur Yaprak karyerasına 2003-cü ildə P&G-də brend menecer köməkçisi vəzifəsi üzrə başlayıb. 2009-cu ilə qədər P&G-yə daxil olan çeşidli markalarda brend menecer olaraq çalışıb. Daha sonra isə İsveçrədə Mərkəzi, Şərqi Avropa, Yaxın Şərq, Afrika bölgəsindən məsul brend menecer olub. O, bu vəzifəsini 2013-ü ilə qədər davam etdirib. P&G-nin son illərdəki ən böyük alışı olan Arbora & Ausonia (A&A) markalarının şirkətə inteqrasiya olunması işində yaxından iştirak edib.


O, Türkiyəyə 2014-cü ildə qayıdıb. Qayıtdıqdan sonra isə Dr. Yaprak P&G-nin Türkiyə, Qafqazdan məsul marka direktoru oldu. 2016-ci ilə qədər bu vəzifədə qaldı. Daha sonra isə Türkiyə, Qafqaz, Mərkəzi Asiya üzrə uşağa qulluq və qadın şəxsi qulluq kateqoriyaları üzrə satış direktoru vəzifəsindən Dr.Onur Yaprak məsul olub.


O, həmçinin Sabancı Universitetində dərs verib və bir çox məqalələrin müəllifidir.