İspaniyanın Barcelona və Real klubları koronavirus pandemiyasından dolayı 300 milyon avrodan 400 milyon avroya qədər maliyyə itkisi ilə üzləşə bilər.
Facemark.az xəbər verir ki, La Liqa mövsümünün təxirə salınması, eləcə də dekabrın sonuna qədər oyunların tamaşaçısız başa vurulması İspaniya klublarına çox güclü təsir edəcək.
İlkin ehtimala görə, yalnız bilet satışından hər klub üzrə itki isə 50 milyon avrodan çox ola bilər.
Hadisələrin belə inkişafını nəzərə alaraq İspaniya klubları bütünlükdə 1,6 milyard avro itirə bilər, sponsor müqavilələrinin itkisini də nəzərə almaqla bu rəqəm 1,9 milyard avroya yüksəlir. Bəzi ispan klubları müflisliyini də elan edə bilər.
Xatırladaq ki, koronavirus pandemiyasına görə, İspaniya Futbol Çempionatı müddətsiz dayandırılıb. 27 tur oynayandan sonra Premyera lideri Barcelona klubu olub, o iki xal ilə Realı qabaqlayıb.