İlon Mask (Elon Musk) ABŞ-dakı karantin rejimini tənqid etdi.


SpaceX-in baş direktoru və baş mühəndisi İlon Mask (Elon Musk) hesab edir ki, ölkədə koronavirus pandemiyası fonunda sərt məhdudiyyətlər ABŞ vətəndaşlarının hüquqlarının pozulmasıdır.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, sahibkar, həmçinin ölkə rəhbərliyinin insanların karantin rejimini pozduğuna görə, həbs etmək niyyətini də tənqid edib.


O, aprelin 29-dakı çıxışında deyib ki, “Bu faşizimdir. Demokratik deyil, bu azadlığın alınmasıdır, insanları lənətə gəlmiş azadlığına geri qaytarın”.


Bundan başqa, Mask deyib ki, Tesla Kaliforniyada məhdudiyyətlərdən dolayı özünün istehsalını davam edə bilmir, pandemiya ilə bağlı situasiyanı isə biznesi üçün ciddi risk adlandırıb.


Bildirək ki, bütün ölkədə aprelin 11-dən bəri koronavirusa görə, böyük bir fəlakət rejimi işləyir. Amerika Birləşmiş Ştatlarının son məlumatlarına görə, ölkədə COVID-19-dan dolayı 1 milyon yoluxma halı qeydə alınıb, onlardan 60 000 nəfəri isə həyatını itirib. Ən pis epidemioloji vəziyyət isə Nyu-York-da müşahidə edilir.


$TSLA CEO @elonmusk blasts shelter in place orders: “To say that they cannot leave their house and they will be arrested if they do, this is fascist. This is not democratic, this is not freedom, give people back their god damn freedom.