SpaceX şirkətinin baş direktoru və Tesla şirkətinin yaradıcısı İlon Maskın (Elon Musk.ing) şəxsi sərvətinin həcmi 39 milyard dollara çatıb, baxmayaraq ki, o bank kreditlərinin hesabına yaşayır.
Facemark.az-ın məlumatına görə, bu haqda The Wall Street Journalnəşri yazıb. Nəşrin məlumatına görə, sahibkarın borcları isə 500 milyon dolları ötüb.
Mask Tesla və SpaceX şirkətlərinin səhmlərini təminat göstərərək bankalardan borc vəsaitlər alıb. Məsələn, 2019-cu ildə Tesla-dakı səhmlərinin təxminən yarısını (şirkətin 20%-lik səhmini idarə edir) banka təminat kimi göstərib. Həmin vaxtı onun şirkətdəki payının həcmi 15 milyard dollar idisə, indi bu rəqəm 28 milyard dollara çatıb.
İşaadamı isə iddia edir ki, onun pula ehtiyacı yoxdur. Amma ötən il ingilis dalğıc Vernon Ansvort Maska böhtan ilə bağlı məhkəmə davası açmışdı. İlon Maskın vəkili isə deyirdi ki, işadamının kompensasiyanı ödəmək üçün pulu yoxdur, onun aktivlərinin çox hissəsi səhm şəkilindədir.
The Wall Street Journal isə qeyd edir ki, əgər qiymətli kağızların dəyəri düşərsə, bu halda banklar milyarderdən borclarını daha tez ödəməsini tələb edə bilər. Buna görə isə səhmlərin dəyəri daha çox düşə bilər. Ancaq Tesla-nın səhm qiymətlərindəki müsbət dinamikanı nəzərə alaraq, belə bir pessimist ssenari ehtimal edilmir.