Amerikalı varlılar koronavirus fonunda yüzlərlə milyard dollar qazanıblar.


Facemark.az xəbər verir ki, CNBC nəşrinin məlumatına görə, amerikalı varlıların hamısının birlikdə şəxsi sərvətinin həcmi 434 milyard dollara qədər artıb.


Təkcə, son iki ayda martın ortasından, mayın ortasına qədər, dünyanın milyarderlər reytinqində internet platforması Amazon-un rəhbəri Ceff Bezos və Facebook platformasının rəhbəri Mark Zukerberq lider mövqedə yer alıb. Onların şəxsi sərvətlərinin həcmi müvafiq olaraq 34,6 və 25 milyard dollar artım nümayiş etdirib və 150 milyard və 87,3 milyard dollara çatıb.


Ümumiyyətlə karantin dövründə onlayn təkliflər edən texnologiya şirkətlərinin qurucuları və sahibləri ən böyük uğuru əldə ediblər.


ABŞ-da yaşayan ən zəngin 600 amerikalının son aylarda şəxsi sərvətlərinin həcmi 15% artaraq 2,9 trilyon dollardan, 3,3 trilyon dollara yüksəlib.


Faiz baxımından ən yüksək artım nümayiş etdirənlər arasında birinci yerdə Tesla şirkətinin rəhbəri İlon Mask (sərvəti 48% artaraq 36 milyard dollara yüksəlib), Zukerberq (46% artaraq 80 milyard dollara) Bezos (31% artaraq 147 milyard dollara) var.