Domino’s Pizza şəbəkəsi Rusiyanın Nijni Novqorod və Moskva ətrafındakı restoranlarını bağlayır.
Facemark.az xəbər verir ki, bu haqda Kommersant nəşrinə şirkətə yaxın olan mənbə deyib.
Domino’s Pizza-nin Rusiya ofisindən isə deyirlər ki, COVID-19 pandemiyasından dolayı şirkətin heç bir restoranı daimi bağlanmayıb. Şirkətin bəzi nöqtələrdəki restoranları əksinə ildən ilə onlayn satışlar üzrə gəlirlərində 20%-lik artım nümayiş etdirib.
Infoline Analytics şirkətinin baş direktoru Mixail Burmistrovun sözlərinə görə, iaşə sənayesinin adi ritmə qayıtmasının uzun və ağrılı olacağı məlum olduğu təqdirdə, şirkət ən gəlirsiz nöqtələri optimallaşdırmağa qərar verə bilər. O, əlavə edir ki, hərçənd pizza sifarişi pandemiyada tarixən çatdırılmaların ən yüksək payına görə, seqmentlər arasında öndə idi.
Domino’s Pizza-nın rəqibləri biznesin optimallaşdırılması ilə məşğuldur. Məsələn, “Dodo Pizza” restoranlar şəbəkəsinin rəhbəri Fedor Ovçinnikov deyib ki, apreldə 50-yə yaxın restoranı bağlayıblar. Franshiza.ru portalının eksperti Anna Rojdestvenskaya deyir ki, franşiza ilə işləyən müəssislər yaya doğru bərpa olunmağa başlayacaq, ancaq onlar bazarda daha güclü oyunçu olmağın yollarını axtaracaqlar.
Daha əvvəl bir neçə partnyor ilə konfliktə daxil olan Domino’s Pizza üçün bu effekt daha nəzərəçarpan ola bilər. 2019-cu ildə franşiza rəqibləri onu məhsulların qiymətini artırmaqda, xidmətin, marketinq dəstəyinin olmaması ilə ittiham etmişdi. Ötən ilin payızında Rusiya Domino's Pizza-ya ziyanla işləyən restoranların açılması xərclərini ödəmək tələbi ilə bir neçə iddia verilib.