Bu gün dijital çevriliş dövrüdür. Sektorda qalmaq istəyən bir çox marka isə sosial şəbəkədə öz mövqeyini möhkəmləndirib. İstehlakçılar artıq markaları daha yaxından izləyə bilirlər. Markalar da istehlakçıları başa düşmək üçün fərdiləşdirilmiş mesajlar vasitəsi ilə əlaqə qurmağa başladılar. Xüsusi günlərdə paylaşılan mesajlar da əslində bu fərdiləşdirilmiş əlaqənin bir hissəsidir. Bəs, markalar xüsusi günləri sosial media platformalarında niyə və necə qeyd etməlidirlər? Markaların sosial mediada bayramları belə qeyd etməyin özündə dayanan əsas fikir nədir? Xüsusi günlər üçün məzmun hazırlayan zaman nələrə fikir verilməlidir? Gəlin birlikdə araşdıraq.



Markaların xüsusi gün hazırlıqları


Dini və milli bayramlarla yanaşı, il ərzində qeyd olunan xüsusi günlər markaların birbaşa əlaqə strategiyalarının böyük bir hissəsinə çevrilib. Xüsusi ilə də qlobal markaların yerli müştəriləri ilə əlaqə qurulmasında ən çox üstünlük verilən bir vasitə oldu. Qlobal markaların xüsusi günləri qeyd etməklərinin əsas səbəbi bizdən biri olduqlarını göstərmək istəyindən qaynaqlanır. Bütün bu proses müştəri marağı və ticarət maraqlar ilə əlaqədardır. Eyni zamanda bu proses özü ilə sosial məsuliyyət məsələsini də gətirib. Markalar tərəfindən paylaşılan bayram mesajları birlik, bərabərlik fikrini aşılayır. Buna görə də, bütün markaların hamımızın ortaq mirası olan xüsusi günlərdə mesaj paylaşması birlik ideyası baxımından böyük önəm kəsb edir.



Xüsusi gün məzmunu hazırlayan zaman nələrə fikir vermək lazımdır?


Xüsusi gün mesajlarında ən vacib məsələ istifadə olunan üslub və vizualdır. İstehlakçıya göndərilən mesaj sadə və anlaşıqlı olmalıdır. Qeyd olunan gündən asılı olmayaraq mesajlarda irqçi və cinsiyətçi fikirlərdən istifadə olunmamalıdır.


Vizuallar xüsusi olaraq dizayn edilməli və mesaj verməlidir. Xüsusi ilə həmin günün aurasına uyğun rəng və kontentdən istifadə olunmalıdır. Bununla bərabər kontent hər-hansı bir başqa mənbədən götürülməməlidir. Çünki həmin kontent şirkətin istifadə etdiyi rəsmi dilə uyğunlaşmayacaq. Bu gün yerli və qlobal markaların xüsusi gün postlarını araşdırdığımız zaman, onların bir çoxunun marka və müştəri arasında bağ qurduğunun şahidi oluruq.