Forbes jurnalının versiyasına görə, İlon Mask (Elon Musk-ing.) ilk dəfədir ki, planetin ən zəngin insanlarının TOP 10-ğuna daxil olmağı bacarıb.
Facemark.az-ın məlumatına görə, Tesla və SpaceX şirkətlərinin rəhbərinin şəxsi sərvətinin həcmi 70,8 milyard dollar qiymətləndirilir.
Ekspertlər isə onun şəxsi sərvətinin belə artımını Tesla-nın səhmlərinin dəyərinin artımı ilə izah edirlər. Belə ki, çərşənbə günü birjalarda ticarətin bağlanması zamanı şirkətin bir səhminin dəyəri 1541 dollardan hesablanıb.
Qeyd edək ki, İlon Mask Tesla şirkətinin əsasını 2003-cü ildə qoyub. Yarandığı ilk dövrlərdə şirkət elektrik mühərrikli nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmışdı, indi isə müxtəlif enerji saxlama sistemlərinin hazırlanması ilə məşğul olur.
TOP 5-liyə isə ardıcıl olaraq Amazon-un rəhbəri Ceff Bezos (179 milyard dollar), Microsoft – Bill Qeyts (113 milyard dollar), Louis Vuitton Moët Hennessy (LVMH) — Bernar Arno (112 milyard dollar) və Facebook – Mark Zukerberq (88 milyard dollar) düşüb.