Start-up lar hərfi məna olaraq başlamaq, işə düşmək mənasını verir. Yeni bir ideyanın reallaşdırılması üçün müəyyən mərhələlər keçdikdən sonra ideyanın biznesə çevrilməsi ilə nəticələnir. Dünyada milyard dəyəri qazananlar ideyalarla birlikdə icra edilib effekt verməyən və ya gözlənildiyi maliyyəni qazana bilməyənlərdə var. Burda bir sual meydana gəlir, start-up düzgün marketinq strategiyası olduğu üçün böyük dəyər qazana və ya səhv strategiya olduğu halda bata bilərmi?


Fikrimcə, ideyanın 2 cür marketinq hədəfi olmalıdır:


1. İnvestor üçün


2. Müştəri üçün


İdeyanın investor cəlb etməsi üçün olan birinci mərhələ, biznesin yaranması üçün əsas dövrdür. Düzgün təqdimat, insanların bu ideyanın öyrənilməsinə yönəlmiş araşdırma və statistika aparılması və yüzlərlə ideya içində ideyamızın fərqli olduğunu investora inandıra bilmək bacarığı. Videoçarx və düzgün qrafiklərdən istifadə etmək bu yöndə olan strategiyamızın əsasını təşkil edir. Əlbəttə ki, sadaladığım faktorlardan birində olan boşluq belə bizim üçün ideyanın ideya olaraq qalması ilə nəticələnə bilər.


İnvestisiya cəlb etmişiksə o zaman ikinci mərhələyə keçid edirik. Biz məhsulumuzu daha böyük kütləyə tanıtmağın yolunu bu məhsulun funksiyalarında tapmalıyıq. Reklamın harda və necə olunacağını tapdıqdan sonra, maliyyəmizi düzgün bölmək və mümkünsə daha çox və effektli reklam etməyin yolunu tapmalıyıq. Maliyyəmizi qənaət etmək üçün ilk başlarda ofis xərclərinin azaldılması dünyada olan bir çox start-up lardan gələn təcrübədir. Zaman keçdikcə yaranacaq komanda, daha çox investisiya cəlb edəcək şirkət, daha çox tanınmaq birbaşa olaraq düzgün strategiyanı davam etdirmək nəticəsində yaranır.


Fərqli və uğurlu olan bir reklam start-up-ın dəyərini xeyli yüksəldə bilər. Gələcəkdə çox güclü brend menecerlərlə çalışmaq, düzgün maliyyə bölüşdürülməsi marka və şirkəti dünya səviyyəsində tanınan edəcəkdir.