Facemark.az Zamiq Əsgərzadənin Mobil tətbiqinizi necə optimizasiya etməli? adlı yeni yazısın təqdim edir!


ASO - “App Store Optimisation” mobil tətbiqinizin axtarışlar zamanı öndə çıxması və dolayısı ilə yüklənmə sayının artırılmasına xidmət edir. "Google"a görə, mobil tətbiqlərin 40 faizi marketlərdəki axtarışlar vasitəsilə kəşf edilir. Yəni əgər siz ASO icra etməsəniz tətbiqiniz üçün böyük ölçüdə itkiləri qəbul etmiş olacaqsınız. "Google Play" və "App Store"da birlikdə təqribən 5 milyard tətbiq var. O zaman ASO fəaliyyətləriniz o qədər unikal olmalıdr ki, tətbiqimiz kəşfedilə bilən olsun.


ASO ilə SEO arasında bir çox oşarlıqlar var. ASO prosesi “on-metadata” və “off-metadata” faktorlar olmaqla 2-yə ayrılır.


On-metadata

Bu amillər birbaşa olaraq bizdən asılıdır deyə bilərik və onların optimizasiyası birdəfəlik deyil davamlı olan prosesdir.


App title and subtitle: Vacib faktor olmaqla yanaşı tətbiqinizi ilk dəfə görən şəxslər üçün ilk çağırışı da bu amillər edir. IOS üçün xarakter limiti 30, "Google" üçün isə 50-dir.

Description: "App Store" alqoritmləri açıqlama mətnini SEO nöqteyi nəzərdən blok edir. Amma istifadəçilərin qərarlarına yaxşı yazılmış açıqlama mətnilə təsir edə bilərik.


Açar sözlər: "Apple" 100 limitdən ibarət olmaq şərti ilə açar sözlər daxil etməyə icazə versə də, "Google" açar sözləri avtomatik olaraq açıqlama hissəsindən özü seçir.


İkon və screenshots: Əgər xüsusi bir funksionallıq üçün axtarış edən biri hələ qərarında əmin deyilsə ki, hansi tətbiqi yüklyəcək, o zaman axtarışda çıxan mobil tətbiqlərin funksionallığını paylaşılan foto və videolarla da dəyərləndirəcək.


App update: Davamlı mobil tətbiqə edilən yeniliklər, mövcud errorların həlli və s. kimi amillər dolayısı ilə mobil tətbiqinizə müsbət təsir edir.


Off-metadata

Bu amillər birbaşa bizim fəaliyyətdən asılı olmasa da amma dolayısı ilə təsir edə və şəkilləndirə biləcəyimiz amillərdir. “On-metadata” fəaliyyətlərimiz bu fəaliyyətlərə birbaşa təsir edir.


App yüklənmə sayı: Mobil tətbiqin yüklənmə sayının çox olması psixoloji olaraq yeni istifadəçilərə təsir edir. Bunu sosial media reklamları zamanı izləyicisi çox olan və təsdiqlənmiş səhifələrin daha yaxşı nəticə əldə edə bilməsilə müqayisə edə bilərik.


Engagement: "In-app" eventlərinizin fəaliyyəti və zənginliyi də birbaşa təsir edən amillərdəndir.


Rating: Əlbəttə, siz iki seçim arasında qalsanız reytinqi daha çox olan mobil tətbiqi yükləyəcəksiniz. Eyni qaydada rəylərdə istifadəçi rəyləri ilə tanış olub qərar verəcəksiniz.


Ümumi olaraq əvvəldə dediyim kimi ASO davamlı proses odluğundan bu işi görərkən əvvəldən hazırlanmış ASO strategiyanıza uyğun olaraq icra etməli və marketlərin dəyişikliklərinə də çevik reaksiyalar vermək lazımdır.


Mobil tətbiqinizlə bağlı nəticələri izləmək və optimal həllər tətbiq etmək üçün daima "Google Analytics" 4 ilə monitorinq edin.