Kia-nın loqotipinin sonuncu redizaynı 16 il bundan öncə olub: Sportage krossoverinin ikinci nəsilində yeni oval şəkilli marka təqdim edilib.
Facemark.az xəbər verir ki, Koreyanın avtomobil istehsalçısı il sonuna qədər yeni loqosunu təqdim edəcək.
Koreya Əqli Mülkiyyət Hüquqları Xidmətinin məlumat bazasında patentlərin dərc edilməsi sayəsində yeni loqotipin şəkilləri artıq ictimaiyyətə nümayiş edilib.
Elektrik mühərrikli avtomobil dövründə bir çox marka kimi Kia da 3D variantdan imtina edib, loqotipini mobil qurğularda daha başadüşülən və oxunaqlı edib.
Çox güman ki, yeni loqotip Kia-nın hibridlərinə və elektrik mühərrikli avtomobillərində nümayiş ediləcək.
Daha əvvəl isə qeyd edək ki, loqotipdə redizayn edən avtomobil markaları bunlar olub: Toyota, BMW, Nissan və Volkswagen.