Corona virusunun artıb-azaldığı bu günlərdə dünyada nələrin dəyişəcəyi hər kəsə maraqlıdır. Ümumi olaraq baxdığımızda anidən dünya gündəmində öz yerini alan virus yayıldığı ilk gündən istehlakçı davranışlarına da təsir etməyə başladı. Virusun yayıldığı ilk zamanlarda insanlar öncəki istehlak davranışlarından uzaqlaşaraq sadəcə məhsul stoklamağa başladılar.


McKinsey-in raporuna görə, istehlakçıların 75%-i ilk günlərdə fərqli məhsul, mağaza və metodlara müraciət edirdi. Bunun əsas səbəbi isə stokların sürətlə tükənməsi idi. Belə ki, axtardığı məhsulu rəfdə tapa bilməyən müştərilər məcburən fərqli markaların məhsullarını alır və ya onlayn alış-verişə üstünlük verirdilər. Müştəriləri başqa markaların məhsullarını almağa vadar edən digər səbəblər isə məhsulların qiyməti və endirim kampaniyaları idi.


Heç şüphəsiz e-ticarətdə və dijital marketinqdə uğurlu olan şirkətlər bu dövrdə daha çox mənfəət əldə edirlər. Boston Consulting Group-un son araşdırmasına görə, dijital marketinqdən uğurlu istifadə edən şirkətlər digərlərinə nisbətən 20% daha çox mənfəət əldə edir və xərclərinə 30% qədər qənaət edirlər.


Araşdırma insan faktorunun dijital marketinq performansı üzərində təsirindən də bəhs edir. Digər sahələrdə olduğu kimi dijital marketinqə də insan faktorunun müsbət təsiri danılmazdır. BCG araşdırmasına görə, insan müdaxiləsi ilə yaradılan data-ya əsaslanan dijital marketinq kampaniyalarının performasında insan təsiri olmayan kampaniyalara nisbətən 15% artım olur.



Boston Consulting Group-un Google üçün həyata keçirdiyi araştırmaya görə, data-ya əsaslanan texnologiyaların istifadə edilməsi şirkətlərin inkişafı üçün əvəzsiz rol oynayır. Strategiyalarını bu yöndə quran şirkətlər 4-6 həftə arasında satışlarında 50%-ə qədər artım əldə etmək şansına sahib olurlar.


İstər virusun təsirilə insanların bütün gün evdə olduğu günlərdə, istərsə də mövcud vəziyyətdə şirkətlər tərəfindən dijital marketinq ənənəvi marketinqdən daha üstün tutulur. Ənənəvi marketinqin stabilliyinə nəzərən dijital marketinqin daha dinamik olması, interaktif kommunikasiyaya imkan yaratması və ən əsası ölçüləbilən olması şirkətlər üçün avantajlar yaradır.


McKinsey&Company araşdırmasına görə, dijital kanallar vasitəsilə potensial müştərilərlə qurulan kommunikasiya ənənəvi yolla qurulan əlaqədən 33% daha yüksək təsirə malikdir.


2021-ci ildə dijital marketinqin həcmi 13% artacaq. Belə ki, Statista-nın məlumatına görə, qlobal dijital marketinq xərclərinin 2020-ci ilin sonuna qədər 384 milyard dollara çatması və 2021-ci ildə bazar payının 435 milyard dollar olması gözlənilir. Bunun səbəbi isə, karantina zamanında insanlar evdə olduğu üçün şirkətlərin dijital reklamlara üstünlük verməsidir.


Müəllif: Şəbnəm Abdullayeva,


Dijital marketinq mütəxəssisi və “Yıldız Teknik Universiteti” magistr tələbəsi