Netflix ideyası nece yarandı?


Netflix hekayəsi CEO Reed Hastingsdən Apollo13 filmini kirayə götürüb gec verməsi nəticəsində ondan 40 dollar tələb olunması ilə başlayır. İdman salonuna gedərkən idman salonunun daha yaxşı bir biznes modelinə sahib olduğunu düşündü; müəyyən bir məbləğ ödəyirsən və daha sonra istədiyiniz qədər az və ya çox burada məşğul ola bilirsiniz. Bu hekayə əslində Netflix-in necə işlədiyini insanlara izah etməyin bir yolu kimi başladı. Artıq filmi kirayə götürmək daha sonra onu geri qaytarmaq, gec geri qaytardıqda cərimə olunmaq kimi problemlər olmayacaqdı. Aylıq müəyyən qədər ödəməklə istənilən qədər və istənilən müddətdə, istədiyiniz hər-hansı filmi seyr edə bilərsiniz.


Netflix əvvəlcə Kibble adlandırılmışdı


Netflix, bu gün hamının tanıdığı adda qərarlaşmadan əvvəl bir neçə ad sınadı. İrəli sürülən bəzi fikirlər Directpix, Replay və Luna-Randolphun itinin adı idi. Şirkət təsis edildiyi zaman qalıcı bir şeyə qərar verə bilənə qədər Kibble.com adını daşıdı.


Netflix demək olar ki, Blockbuster tərəfindən alınmışdı.




CEO Reed Hastings, 2000-ci ildə Netflix'i az qalsın Blockbuster-a satırdı. O, Netflix-i o dövrdə dünyada təxminən səkkiz min mağazası olan kirayə nəhəngi ilə birləşdirmək istəyirdi. Hastings 49% pay satmağı təklif edirdi, bununla bərabər Netflix Blockbuster adını da alaraq onlayn xidmət olaraq çıxış edəcəkdi. Buna baxmayaraq, Blockbuster onu rədd etdi. Çox güman ki, indi özlərini həqiqətən məyus hiss edirlər. O zamanların nəhəngi sayılan Blockbuster sonradan iflas oldu.


"Binge-watch" terminininin nə demək olduğunu bilirsinizmi?



Bu termin 1990-cı illərdən bəri mövcud olsa da, bu yaxınlarda populyar oldu və bir növ marafon tərzində arxa-arxa verilişlərə baxmaqla əlaqələndirildi. Statistikaya görə, Netflix istifadəçilərinin 60%-i bir neçə həftədə bir dəfə binge-watch edirlər. Bəs binge-watching sizə zərər vurur mu? Bir araşdırma göstərir ki, bing-watch sizi depressiyaya daha çox meylli edə bilər. 300-dən çox insandan ibarət olan araşdırma, binge-watch zamanı insanın özünü idarə edə bilmədiyi hissinə qapılmağa meylli olduğunu ortaya çıxardı. Bundan əlavə, sizi daha çox tənha hiss edə bilərsiniz. Tədqiqat onsuz da depressiyada olanların daha çox izləməyə meylli olduqlarını və daha çox baxmağa başlayanların da depressiya inkişaf etdirə biləcəyini göstərdi.


Netflix zərfləri nəyə görə kvadrat, yox düzbucaqlıdır?



Netflix zərflərinin kvadrat əvəzinə, düzbucaqlı olmasının səbəbi, UPS-in kvadrat zərf üçün daha çox pul tələb etməsidir. 2011-ci ildə poçt zərfləri olaraq kvadrat zərflərdən istifadə edilsəydi, bu Netflix-ə 225 milyon dollardan çox əlavə xərcə başa gələrdi.


Heç Netflix-in ilk filmini görmüsünüzmü?


Yəqin ki, bir çoxunuz "Example Show" barədə heç eşitməmisiniz, ancaq yoxlamaq istəyirsinizsə hələ də Netflix-də mövcuddur. On bir dəqiqəlik film sınaq məqsədi daşıyırdı və tamaşaçıların həqiqətən izləməsi üçün nəzərdə tutulmayıb. Çərçivə dərəcələrini və səs sinxronizasiyasını sınaqdan keçirmək üçün istifadə olunan təsadüfi səhnələr toplusu kimi görünür. Şiddətli diksiya ilə səsləndirilən Julius Sezarın monoloqu, axan su çeşməsi, qaçan adamın addımları və s. kimi səhnələr daxildir.


Milyonlarla insan Netflix oğrusudur.


Heç Netflix parolunuzu aylıq abunəlikləri ödəməsin deyə kiminləsə bölüşmüsünüzmü? Belə halda siz texniki cəhətdən qanunu pozursunuz. İzləmək üçün başqa bir şəxsin hesabından istifadə edənlər şirkətə qazancda 360 milyon dollar başa gələ bilər. Gənclərin 20%-dən çoxu və böyüklərin 12%-si Netflix və Hulu kimi saytlar üçün giriş məlumatlarını paylaşır. Fortune proqnozlaşdırdı ki, gəlir artımı yavaşlamağa davam edərsə, Netflix parol paylaşımını dayandırmağın müxtəlif yollarına əl ata bilər.


Müəllif: Leyla Kərimova