Dünən sosial medianın gündəmindən biri olan Türk-Britaniyalı yazıçı Elif Şafakın 1,6 milyon nəfərlik Twitter hesabı üzərindən “sənət” adı ilə etdiyi paylaşım, azərbaycanlı və türklərin qəzəbinə səbəb olub. Paylaşımında o Şuşa şəhərində guya azərbaycanlılar tərəfindən dağıdılan kilsədə violonçeldə ifa edən erməni musiqiçisinin videosunu paylaşaraq “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım... Dağıntılar arasında sənət, təşəkkürlər” yazıb. Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bir çox mağazasında satılan yazıçısının əsərlərinin, həm satışını, həm də tərcümələrini dayandırıblar. Bura “BookZone”, “Kitabevim.az”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları daxildir.




Yəqin ki, bura qədər baş verən hadisələr aydındır.


Hər bir azərbaycanlıdan Elif Şafak adını Google etmələrini xahiş edirəm. Məsələn, biz onun adı ətrafında yaranan bir çox mənzərənin şahidi olduq. Birincisi, o Fransanın Strasburq şəhərində dünyaya gəlib. Kiçik yaşlarında isə ailəsi boşanıb və anası tərəfindən böyüdülüb. Anasının diplomat olmasından dolayı gəncliyini fərqli ölkələrdə keçirib.


Bəli, o Fransa ki “Qarabağ Müharibəsinin” başladığı gündən bəri düşmən Ermənistan tərəfini dəstəkləyir. Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Erdoğanın da şəxsi ilə problemlərinin olduğunu dilə gətirir. Prezidentin dediyi kimi “Makron, sənin hələ mənim şəxsimlə çox problemin olacaq”. İkinci bir detal isə o idi ki, atası Nuri Bilgin, anası isə Şafak Ataymandır. Bir çox nüfuzlu mətbuat orqanları yazır ki, Elif anasının erməni əsilli olduğunu gizli saxlayır və bu soyaddan da açıq-aşkar istifadə etmir.


Üçüncü detal


2006-cı ildə yayımlanan “Ata və Bic” romanını ingilis dilində qələmə alıb. Bu romanda türk-erməni münasibətləri “araşdırılırdı”. Ona bu romanda Türkçülüyü həqarət etdiyindən dolayı məhkəmə davası açılır. Ancaq cinayətin hüquqi ünsürlərinin olmadığı və sübut tapılmadığına görə bəraət edilib.


Dördüncü detal, yazıçının Facebook səhifəsində bütün paylaşımları sadəcə ingilis dilindədir və türk oxucuları da haqlı olaraq yazırlar ki, “NƏYƏ GÖRƏ BİR PAYLAŞIMIN DA TÜRKÇƏ DEYİL?”. Maraqlısı budur ki, o Twitter kanalı üzərindən paylaşdığı son postunu məhz TÜRK-cə yazmışdı. Bu isə açıq aşkar əks auditoriyada qəzəb yaratmaq məqsədi daşıyır.


Bu gün Türkiyədə 100 000 erməni yaşayır. Türkiyə prezidentinin də dediyi kimi bu günə qədər onlara “Gözünün üstə qaşın var” deyən olmayıb. Qarabağ konfliktini alovlandığı sentyabrın 27-dən və ondan əvvəlki çıxışlarında da Azərbaycan prezidenti İlham Əliyev torpaqlarımızdan işağalçının hərbi qoşunlarının çıxarılması yolu ilə sülh danışıqlarına hazır olduğumuzu dilə gətirir. Moskvada danışıqlardan sonra, humanitar atəşkəsin olunmasından az bir zaman keçmədən Gəncədə mülki əhalinin (aralarında çoxsaylı uşaqların belə olmasını vecinə almadan) atəşə tutulmasına nə ad vermək olar?!


Burada SÜLH -Ü dəstəkləyən biri varsa yalnız TÜRKÇÜLÜKDÜR, xanım Elif Şafak!


Sonda onu deyim ki, Elif Şafakın “ƏSL SİMASINI” üç il öncə bu yazı çox yaxşı izah edib. Onu isə Sabah qəzetində Melih Altınok yazıb. Həmin məqalə isə belədir:


“Nyu-Yorkdakı TED Talks-da danışan Elif Şafak əslində nə qədər yaxşı bir insan olduğunu danışdığı tribunada bir etiraf edib. Məgər özü biseksual imiş, yəni hə qarşı cinsə, həm də öz cinsi ilə bərabər ola bilərmiş.


“Özündən soruşdunuz ki?” dediyinizi eşidər kimiyəm.


Haqlısınız...


Ancaq Elif Şafak “sorduğumuz” hətta özünü bu mövzuda çox sıxışdırdığımıza dair israr edir. O, TED-dəki çıxışını da “təzyiqimizdən dolayı” gizlətdyi cinsəl seçimi üzərinə qurub.


Bəli, onu yaxşı tanıyırıq, “Reklam üçün hər cildə girər”


Tasavvuf mu yüksəlir? Həmən Mevlana-nın qapısını çalıb roman yazar. İmza günlərində də kitablarını “eyvallah” deyə imzalar...


Yeri gəlir bank reklamlarında rol alar.


Haqqında danışmırlarmı? Gündəmdənmi düşdü? Budur, Seda Sayan-ın proqramına çıxar.


Satışları yaxşı getmir? Çəhrayı üzlüklü “Aşk” adlı romanına”, kişilər almaz deyə boz üzlüklü baskı edər....


İndi də baxmışdır, ABŞ-da Trampın cinsiyyətçi çıxışlarına reaksiya var. HOP “biseksualam, biseksualam, soruşmayın getsin, ey Amerikalı oxucu” deyə uçub Nyu Yorka gəlmiş...


Bunu deyim ki, Elif Şafak nə biseksual, nə də başqa bir şey.. Vecinə belə olduğunu düşünmürəm...


O, sadəcə seçdiyi “bəli, seçdiyi” Şafak soyadını adını xaricdə də özünə kömək olsun deyə “Shafak”a çevirən bir REKLAM XARAKTERİDİR.


Üstəgəl, özünü də satmır!”.


Bu müəllifin fikirinə birini də biz əlavə edək. Budur, haqqında danışmırlar, Azərbaycanın, Türkiyənin ortaq bir problemi QARABAĞ var. HOP, düşmənin xeyrinə bir tvit atır budur, onun haqqında, həm 80 milyonluq Türkiyədə, həm də 10 milyon əhalisi olan Azərbaycanda danışırlar.