Koronavirus zamanı təhlükəsizliyinizi artıracaq şəxsi gigiyena və əşyalar ilə rəftara dair tövsiyələr.


Hamımız bir qədər rahatlandıq: Kafelərdə oturmağa, dostlarla görüşməyə və tədbirlərə getməyə başladıq. Ancaq SARS‑CoV‑2 virusu heç bir yerə getməyib, son statistikanı əvvəlki günlərlə müqayisə etdikdə yoluxanların sayının hər gün artdığının şahidi oluruq. Belə bir zamanda evinizi və əşyalarınızı təmiz saxlamaq və şəxsi gigiyena qaydalarına riayət etmək məsələsi yenidən aktuallaşıb. Virusun yayılma forması bahardan bəri bir qədər dəyişdi. Hazırda isə havada olan virus ilə yoluxma şansı daha da çoxalıb. İctimai yerlərdə bir çox insanın toxunduğu səthlər yenə də müəyyən bir risk yaradır. Buna görə də küçədən qayıtdıqdan sonra, mütləq qaydada əlləri yumalı və evi davamlı olaraq təmizləməlisiniz. Ancaq təkcə dezinfeksiyaya etibar etmək də olmaz. Maska taxmaq, məsafəni qorumaq və insanların sıx olduğu yerlərdən qaçmaq lazımdır.


Beləliklə, yoluxma riskini azatmaq üçün riayət etməli olduğunuz qaydalar.


1. Əllərinizi tez-tez yuyun və nəmləndirin


Yeni məlumatlara görə, səthlər üzərindən yoluxma riski əvvəli dövrlər ilə müqayisədə daha aşağıdır, ancaq əllərinizi tez-tez yumaqda fayda var.


- Evə gələn kimi;


- İctimai yerlərdə səthlərə toxunduqdan sonra;


- Üzünüzə toxunmaqdan öncə, küçədə və ya ictimai yerlərdə olmuşsanız;


- Öskürdükdən və asqırdıqdan sonra


Əllərinizi sabun ilə 20 saniyə davam etmək şərti ilə yuyun. Bu proseduru Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına riayət etməklə edin. Bu mümkün olmadıqda isə antiseptik məhluldan (bunu özünüz də edə bilərsiniz) istifadə edin. Əllərinizi yuduqdan sonra, onları nəmləndirməyi də unutmayın. Quru və çatlamış dəri infeksiyanın bədənə nüfuz etməsini asanlaşdırır.


2. Mənzilinizdə səthləri yuyun və dezinfeksiya edin


Birincisi, onu xatırladaq ki, evləri yumaqla onu dezinfeksiya etmək fərqli anlayışlardır. Evi yuyan zaman biz səthlərin üzərindəki çirkli maddələri təmizləyirik, ancaq dezinfeksiya edən zaman isə xəstəliyə səbəb olacaq orqanizmləri öldürürük.


Siz və ya ailə üzvlərinizdən biri mütəmadi olaraq xarici aləmilə təmas halındadırsa, yaxşı olar ki, hər gün evinizi yuyun və dezinfeksiya edin. Bunlar aşağıdakılardır:


- Qapının dəstəyi


- Stol


- Oturacaqlar, stullar


- Kran


- Tualet (unitaz və sifon düyməsi)


- Açarlar


- Televizor pultu


- Çanaqlar


Təmizləmə prosesi belə olmalıdır:


Evin səthlərini sabunlu su və nəm bir parça ilə silin. Bu səthi toz və çirkdən təmizləyəcək. Dezinfeksiya məhlulundan istifadə edin, çalışın ki, o sprey formasında olsun. Bu iki maddəni gündəlik işlərinizə əlavə etməklə, həm özünüzə, həm də ailəniz üçün koronavirusa yoluxma riskini azatmış olacaqsınız.


3. Paltarınızı həmişəki kimi təmizləyin


Əşyalarınızı kifayət qədər isti suya tökülmüş təmizləyici maddə ilə yuyun. Paltaryuyan maşınınızda qurutma rejimi varsa, həmişə istifadə etdiyiniz temperaturdan bir qədər yüksəyini seçin. Unutmayın ki, çirkli paltarların qoyulduğu səthlər də dezinfeksiya edilməlidir, xüsusən də evdə xəstə biri varsa. Sağlam olmayan bir şəxsin paltarlarına toxunan zaman əlçək geyinin və ayrı yuyun. Üstəgəl, üst paltarlarınızı və çantalarınızı təmizləməyi unutmayın. Hər çölə çıxdıqdan sonra, onları antibakterial salfetka ilə silin, əgər mümkünsə sildiyiniz parçanı maşında yuyun.


4. Məhsul və bağlamaları dezinfeksiya etmək üçün vaxt itirməyin


Məhsulları dezinfeksiya etməyə ehtiyac yoxdur. Koronavirusun onlardan və bağlamalardan keçəcəyinə dair bir dəlil yoxdur. Sadəcə olaraq qidaların təhlükəsizliyinə dair standart qaydalardan istifadə etməyi unutmayın. Yuxarıdakı maddələrdəki qaydalar isə bağlamalara da aiddir. Onlara toxunduqdan sonra, əllərinizi yumağı unutmayın.


5. Mütəmadi olaraq telefon və kompüterinizi dezinfeksiya edin


Etanol miqdarı ən azı 70% olan alkoqollu salfetlər telefonunuzu təmizləmək üçün uyğundur. Xüsuslə, ekranı, düymələri və açıq olan səthləri yaxşıca silin. Əgər, telefon üzlüyündən istifadə edirsinizsə, onun daxili və xarici sətini yaxşıca silin. Kompüterin isə ekran istisna olmaq, digər səthlərini antimikrobial nəm salfet ilə silməkdə fayda var. Ekran üçün isə yumşaq bir parçadan və 70%-lik alkoqollu məhluldan istifadə edin.