Türkiyənin məşhur youtuber-i Ruhi Çenet Azərbaycan və Ermənistan arasındakı II Qarabağ Müharibəsinin gerçək üzünü ortaya çıxarmaq üçün Gəncə şəhərinə gedib.


Facemark.az xəbər verir ki, 4 milyondan çox abunəçisi olduğu YouTube striminq platforması üzərindən paylaşılan videoya bir-neçə saat ərzində 500 000-ə yaxın insan baxıb.


12 dəqiqədən ibarət olan videonun birinci hissəsinə youtuber-un Ruhi Çenet kanalından baxa bilərsiniz. Çenet abunəçilərinə videonun ikinci hissəsinin də olacağı xəbərini paylaşıb.


O, qeyd edib ki, Ermənistan raket hücumu ilə bilərəkdən mülki əhalini hədəfə alıb, çox sayda məsum insan isə həyatını itirib. Çenet təəssüflə qeyd edib ki, heç bir savaşda hədəf mülki insanlar olmamalıdır.


Videoya baxmaq üçün BURAYA klik edin.