SpaceX personalı və media mənsubları bu sabah dünyanın dörd bir yanındakı ermənilərdən çoxsaylı məktublar alıb.
Facemark.az xəbər verir ki, məktubda ermənilərin xahişi Amerikalı biznesmen İlon Maska məxsus olan SpaceX şirkətindən Türkiyə hökuməti ilə olan müqavilənin dayandırılması istənilib.
TechCrunch nəşri yazıb ki, təəccüblü olsa da kütləvi e-mail metodu çox zaman effektiv olur. Nəşr qeyd edib ki, redaksiya dünya erməniləri tərəfindən yazıldığı deyilən və digər göndərilən məktublar ilə oxşar və kiçik dəyişikliklər olan məktublar alıblar. Onlar məktubunda qeyd ediblər ki, Türkiyənin avtoritar idarəçiliyi və prezident Rəcəb Tayyib Erdoğanın regional təsirindən əziyyət çəkən etnik və milli bir qrup olan dünya ermənilərini təmsil edirlər və əlavə ediblər ki, onlar bu məsələdə həmrəydirlər.
SpaceX yaxın bir və ya iki ayda Türk peyki Turksat-5A-nın Avropa, Asiya, Yaxın Şərqin geniş bir ərazisində xidmət edəcək, (Türkiyəyə məxsus Turksat-5A və 5B peykinin kosmosa göndərilməsi-red.) peykinin Airbus tərəfindən inşa edilən geostansionar rabitə peyki buraxacağını planlaşdırır.
Tərəflər arasında müzakirələr uzun müddətdir ki, aparılır. Hətta 2017-ci ildə SpaceX-in CEO-su İlon Mask peyklə bağlı Erdoğan ilə də görüşmüşdü.
Nəşr, həmçinin əlavə edib ki, Azərbaycan, Ermənistan, Türkiyə və ərazidəki qonşu ölkələrin və güclərin içində olduğu konfliktə daxil olmaq, məqalənin mövzusundan kənardadır.