Dünyanın bir çox brendlərindən, fmcg sektoruna aid məhsullar istehsal edənlərini görmək olar. Ona görə də başlayaq Fmcg nədir? Fast moving consumer goods – tez istehlak edilən gündəlik tələbat malları. Adından göründüyü kimi bu gün marketlərdə, gündəlik yaşamımızda, əsasən, istifadə etdiyimiz məhsullar bu sektorun payına düşür. Gəlirli sahənin xeyli müştərisi olduğu kimi çoxlu sayda istehsalçısıda var. Bəs necə edə bilərik ki, fərqlənək, daha çox inkişaf edək və daha tez böyüyək. Fmcg sektoru insanların bir çoxunun istifadə etdiyi şəbəkələrə və yerlərə uyğun strategiya tərtib etməlidir.


Buna misal olaraq:


1. Reklam çarxları - televizor kanallarında və sosial şəbəkələrdə böyük maraq yaradacaq bir çarx hazırlamaqla böyük maraq və nəticə olaraqda alıcı kütləsi toplamış olarıq. Büdcə ayıraraq bu işi peşəkarlarına həvalə etsək əla olar.


2. Küçə reklamlarından istifadə etmək. Doğru yerlərdə yayımlanan bir reklam, çox böyük büdcə tələb etməsə belə, xeyli sayda istehlakçı cəlb edə bilər.


3. Gözə çarpacaq güzəştlər: tez-tez rastlaşdığımız market reklamlarında endirim kampaniyalarına rast gəlirik. Bunu öz məhsulumuz üçün də tətbiq edib, diqqətə və marağa səbəb ola bilərik.


4. Lift reklamları - çoxumuzun istifadə etdiyi və adətən çox böyük büdcə tələb etməyən bu reklamlarda düzgün video çarx nəticəsində nəticə əldə etmək mümkündür.


5. Sponsor olmaq - insanların marağına səbəb ola biləcək tədbirlərə sponsorluq etmək, bir posterlə belə markamızı tanıtmaq mümkündür. Unutmaq lazım deyil ki, bu sahədə dünya brendlərinin təcrübələri böyükdür.


Bu barədə araşdırmalar edərək nəticələr əldə edə bilərik.Unutmaq lazım deyil ki, reklam bölgəyə uyğun bir məsələdir. Dünya təcrübəsindən yararlana bilərik, lakin bu strategiya bizim reklam hazırlayacağımız yerin adət və ənənəsinə uyğun olsa daha yaxşı olar. Fmcg sektorunda, sorğular bizə çox kömək edəcək. Sosial şəbəkələrdə keçirdiyimiz bir səsvermə ilə hansı məhsulun kütlə tərəfindən daha çox sevildiyi qərarına gələ bilərik. Buna görə də, SMM xidmətlərinə maliyyə ayırmaq lazım olacaq. Məhsulumuzun bazardakı rəqibləri ilə müqayisəsi, üstün olduğumuz tərəfləri göstərmək bizi fərqli edə bilər. İnsanların məhsul seçimində adətən müqayisələrə üstünlük verirlər.