Birdəfə istifadə üçün nəzərdə tutulan qoruyucu maskaların çatışmazlığına və büdcəyə qənaət etmək üçün bir çox şəxslər çarəni öz maskalarını hazırlamaqda görür. Bunu etmək üçün isə sadəcə tikiş bacarıqlarınız olmalıdır. Bu cür maskalar tibbi maskalar ilə müqayisədə daha az qoruyucudur, ancaq siz yenə də istifadə etmək istəyə bilərsiniz.
Niyə yenidən istifadə edilə bilən parça maskalardan istifadə etməlisiniz?
Çikaqo Universitetinin professoru Margaret Gardel deyib ki, “Hər kəs parça maska taxarsa, bu virusun asemptomatik ötürülməsinin qarşısını alacaq. O, əlavə edib ki, tibbi maskalar və N95 respiratorunu səhiyyə işçilərinə verilməlidir. İnsanlar isə maskanın tapılması çətinliyindən əziyyət çəkdikləri üçün evdə hazırlanan parça maskalardan da istifadə edə bilərlər. O, yuxarıdakı yol ilə insanların həyatını əlində tutan həkimlərin yoluxma riskini aşağı salacağını deyib.
Düzgün bir şəkildə parça maskanı necə yumaq olar?
ABŞ-ın Xəstəliklərlə Mübarizə və Qarşısını Alma Mərkəzləri elan edib ki, maskaların təmizliyi üçün onları paltaryuyan maşına atmaq kifayətdir. Gardel onlar ilə eyni fikirdədir, ancaq o, əlavə edir ki, maska isti suda yuyulmalıdır və yalnız tam quruduqdan sonra istifadə edilməlidir. Digər tədbirlərin görülməsi isə tələb edilmir. İnternetdən gələn tövsiyələr üzərinə tədbirlər isə faydadan daha çox zərər verəcək.
Qeyd edək ki, söhbət yuxarıda başlıqdan da gördüyünüz kimi parça maskalardan gedir, belə maskaları tibbi maskalar ilə müqayisədə təmizlədikdən sonra yenidən istifadə etmək olar. Onlar təbii ki, təmizlənə bilər (tibbi maskaları nəzərdə tutur), ancaq burada müasir sənaye avadanlıqlarının köməyi olmalıdır. Evdə isə bunu etmək mümkün deyil, hər nə qədər internetdə yuxarıdakı müəllifləri təkzib edən çoxlu sayda məqalə və postlar çıxsa da...