Populyar video konfrans platforması Zoom, bugünkü açıqlaması ilə 2020-ci ilin üçüncü rübü ilə bağlı maliyyə nəticələrini paylaşıb.
Facemark.az xəbər verir ki, Covid-19 epidemiyası ilə çoxlarının evdən çalışmağa başlaması ilə video konfrans platforması Zoom şəxslər arasında populyar platformalardan biri oldu.
Paylaşılan məlumatlara görə, üçüncü rübdə şirkətin ümumi gəliri öncəki ilin anoloji dövrünə görə 367% artaraq 777,2 milyon dollar olub. Rəqəmlər Zoom-un keçdiyimiz ilin eyni dövrünə görə, gəlirlərini dörd qat artdığını göstərir. Zoom pullu və pulsuz olaraq iki fərqli xidmət göstərir. Şirkətin 10-dan çox əməkdaşı olan korporativ müştəri sayını 433 700-ə çatdığını açıqlayıb.
Zoom-un qurucusu və CEO-su Erik Yuan, müştərilərimiz və cəmiyyətlər Zoom ilə hər yerdən çalışılabilən yeni bir dünyaya adaptasiya olurkən, onların kommunikasiya ehtiyaclarına fokuslanırıq. İnsanların Zoom vasitəsilə bir-birinə bağlanması, birlikdə çalışması, yaratmaları və öyrənmələrinə kömək olmaq üçün ən innovativ və yüksək keyfiyyətli kommunikasiya platforması yaratmaq məsələsində istəkliyik. 2021-ci ilin maliyyə dövründə isə bazar pozisiyamızı daha da gücləndirəcəyimizi proqnoz edirik. 2021-ci ilin maliyyə ilində ümumi gəlirin 2 milyard 575 milyon dollar ilə 2 milyard 580 milyon dollar arasında olmağını gözləyirik. Bu isə 314% artım deməkdir.