Qrip və covid-19 zamanı müşahidə edilən yüksək hərarət zamanı insanlar alkoqoldan istifadənin onlara kömək edəcəklərini düşünür. Əslində isə alkoqolun insan orqanizminə təsirləri belə olur.


1. Bədənin immunitetini zəiflədir: Bu infeksiyanın gedişatına mənfi təsir göstərir, xəstəliyi ağırlaşdıra və daha ağır fəsadlara gətirib çıxara bilər. Məsələn, bakterial sətəlcəmin olma riskini artırır.


2. Ürək-damar sisteminin işinə mənfi təsir edir. Xüsusilə ürək döyüntüsü ritminin artımına və arterial təzyiqin yüksəlməsinə gətiririb çıxarır. Covid-19 və digər yoluxucu xəstəliklər zamanı onsuz da ürək-damar sistemi əlavə təzyiqə məruz qalır. Buna görə də xəstəlik zamanı alkoqoldan istifadə etmək ürək ritminin açıq bir şəkildə pozulmağına və kəskin qan dövranı pozulmasına gətirib çıxara bilər. Tromboz riski də artmış ola bilər.


3. Xəstəlik zamanı qəbul edilən dərmanların təsirini dəyişdirir. Nəticədə, dərmanların təsiri əvvəlki kimi olmayacaq və bu da sağlamlığa zərər verə bilər.


4. Həzm prosesinin işinə də mənfi təsir edir. Lazımı vitaminlər və mikroelementlər və qida maddələri daha yavaş həzm edilir. Məsələn, sinir sisteminin işi və bir çox immunoloji reaksiya və qan dövranı sisteminin daha yaxşı işləməsinə kömək olan B12 vitaminin mədədə həzmi çətinləşir.


Nəticədə belə bir qənaətə gəlmək olar ki, kəskin respirator virus infeksiyaları zamanı alkoqoldan istifadə etmək sadəcə mifdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, alkoqol covid-19 infeksiyası riskini aşağı salmır, ona görə də xəstəlik zamanı alkoqolu istehlak etməməlisiniz. Onun anti-viral təsiri yoxdur, sadəcə bədənin infeksiyaya qarşı mübarizəsinə mane olur. Həmçinin onun təhlükəsiz tibbi məqsədlər üçün istifadə edilməyin tövsiyə edilmədiyini unutmayın.


Özünüzü covid-19-dan qorumağın ən effektiv yolu isə özünüzü təcrid etmək və gigiyenik qaydalara əməl etməkdir.