MƏQALƏNİN ƏVVƏLİ BURADA


Deadline-lara əməl etməyin 7 qaydası haqqında sizinlə məqalə paylaşmışdıq. Həmin məqalənin davamını bölüşürük.


4. Öz deadline-nızı real deadline-a 1-2 gün qalmış təyin edin


İnsanları sevindirmək və özümüzün və həmkarlarımızın bacarıqlarını yüksək qiymətləndirdiyimizə görə deadline-ları təyin edirik. Ancaq insan yaşamına görə, fövqəladə planlama da vacibdir. Amma nadir hallarda plana uyğun gedər. Stresdən qaçmaq üçün Elizabeth Grace Saunders tövsiyə edir ki, deadline-ı real deadline-dan bir və ya iki gün öncəyə təyin edin. Beləliklə iş gözləniləndən uzun çəkərsə, stress hiss etmədən işlərinizi vaxtında təslim edə bilərsiniz. Mümkünsə daha vacib olan detalları 48 saat öncədən istəyin. Əgər bir işi 4-5 nəfərdən ibarət olan qruplar ilə reallaşdırırsınızsa, bu halda mümkün gecikməni də hesaba qataraq daha çox zaman istəyin.


5. İş əlavə etməyin


Real deadline-a öz deadline-nızı (bu bir-iki gün öncədən ola bilər) əlavə etsəniz, bu halda şüuraltında rahatlamış hiss edərsiniz. Ancaq son tarixin daha uzaq olduğunu hiss etdiyiniz an isə işin deadline-ının olduğu vaxta başqa işləri də əlavə etmək istəyinə düşə bilərsiniz. Tədqiqatlar göstərir ki, deadline-ların vaxtının həddindən artıq uzaq olması zaman hissimizi təhrif edir. Bu isə bizə sonun əvvəlkindən daha uzaq olduğunu hiss etdirir. Bu isə çətinlik yaradır.


Tapşırıqları əlavə etmək əvəzinə onları silin. İclas üçün proqramdan 15 dəqiqə öncə ayrılın. Ofisdən ayrılmadan 30 dəqiqə öncə isə işləri dayandırın. Eyni zamanda, bacarıqlarınızı yüksək tutmayın. İnsan zehni birdən çox tapşırığı icra etmək üçün yaradılmayıb. Əhəmiyyətli olmayan tapşırıqlara yox deməyi bacarın. Bəli, özünüzü daha az produktiv hiss edəcəksiniz, amma deadline-ı da vaxtında təslim edəcəksiniz.


6. Sizi irəli çəkəcək işləri prioritet edin


Bir müştərim vaxtında məlumat verməkdən xoşu gəlmirdi. Ehtiyacım olan məlumatları bölüşmək üçün həftələr ilə onu məşğul etsəm də, o davamlı olaraq məşğul olduğunu deyirdi. Üç həftə sonra isə mənə məktub yazdı. Deyirdi ki, tələsdiyi üçün işləri iki gündə yekunlaşdırıb ona təhvil verməliyəm. İşlərin necə sonlandığını bilmək istəməzsinizmi?! Bir komanda üzvi işləri bitirib, təhvil verməyinizi gözləyirsə, ona prioritetlik verin. İşə başlamaq üçün məlumatlara ehtiyacları varsa, tapşırığa başlamamışdan öncə onlar ilə bölüşün. Beləliklə, hər kəs öz vaxtını optimallaşdırır. Critical Path Method-una görə, bütün deadline-lar son tarixdə tamamlanır və daha az vaxt sərf edilir.


7. Nə lazımdırsa edin


Zamana qarşı yarış isə nə lazımdırsa edin. Peter Economy, The Leadership Guy kitabının müəllifi, yazıçı deyir ki, həyatım böyük dərəcədə deadline-lar ilə idarə edilir. Bəzən bir deadline-nı vaxtında vermək üçün çox çalışıram. Əgər deadline-a bir-iki gün qalıbsa, kofe maşınımı işə salıram, gecə lampasını yandırıram, gecəyarısına qədər çalışıram və öz işlərimə fokus oluram. Həmişə son tarixləri vaxtında çatdırıram. Bu kifayətdirmi?


Deadline-a əməl etməsəniz nə olar?


Deadline daş üzərində yonulmuş ekham deyil. Əməl etməyə bilərsiniz, ancaq bu haqda alıcıya ən son anda məlumat vermək isə qeyri-peşəkarlıqdır. Adrian Granzella Larssen deyir ki, əgər deadline-ı qaçıracaqsınızsa, öncədən nəzakətlə məlumat verin. Bunu etibarlı bir səbəb ilə dəstəkləyin və işi yekunlaşdırmaq üçün nə qədər zaman lazımdırsa, alıcıdan istəyin. İnsanlar öncədən daha keçərli səbəb göstərdiyi təqdirdə, deadline-da dəyişiklik əldə edə bilərlər.


Çalışın, bütün deadline-lara vaxtında əməl edəsiniz.