- SOCAR yanacaqdoldurma məntəqəsi şəbəkəsinin müştəriləri Visa QR ödənişlərindən və E-PUL mobil tətbiqetməsindən istifadə edərək nağdsız yanacaq üçün ödəniş edə bilərlər;
- 14 dekabr 2020-ci il tarixindən etibarən SOCAR yanacaqdoldurma məntəqəsində Visa kartından istifadə edərək QR kodu ilə yanacaq haqqını ödəyən hər E-PUL istifadəçisi, ən azı 10AZN məbləğində ilk ödəniş etdikdə, 5 AZN endirim əldə edir.
14.12.2020 tarixindən E-PUL ödəmə xidməti, PAŞA bank və Visa, SOCAR yanacaqdoldurma stansiyası şəbəkəsində QR kod texnologiyasına əsaslanan ödəmə həllini başlatdığını elan etdi. Artıq istehlakçılar SOCAR şəbəkəsinin Azərbaycanda yerləşən 35 yanacaqdoldurma məntəqəsinin hər birində E-PUL mobil tətbiqetməsindən istifadə edərək ödənişlərini asanlıqla ödəyə biləcəklər.
Xidmət, pandemiya zamanı xüsusi üstünlük olan yanacaqdoldurma məntəqələrinin iş qabiliyyətini artıraraq, ödəmələr etmək, qəbul etmək və fiziki təmasların sayını azaltmaq üçün bir POS terminalının istifadəsini bir smartfon ilə əvəz etməyə imkan verir.
Visa və tərəfdaşlar arasındakı sıx strateji əməkdaşlıq, yenilikçi QR ödənişlərinin tətbiqini gerçəkləşdirir və Azərbaycanda əldə etmənin əhəmiyyətli bir hissəsini əhatə edir, daha rahat iş, təhlükəsiz və qənaətli xidmətdən istifadə etmək üçün daha çox biznes nümayəndəsini cəlb etməyə imkan verir. İstifadəçilər üçün texnologiyanın üstünlüyü ödəmə metodunun seçilməsində və ödəmə prosesinin asanlığındadır.
“QR kod ilə ödəmə texnologiyası o qədər çox yönlü və istifadəsi asandır ki, müştəri bazasını genişləndirmək istəyən iri müəssisələr və xərcləri azaltmaq üçün yol axtaran kiçik və orta seqmentlər üçün eyni dərəcədə faydalı olacaqdır. QR kod ilə ödəmə yanacaqdoldurma məntəqəsi müştəriləri üçün prosesi maksimal asanlaşdıraraq üzərində nəinki nağd vəsait, eləcə də ödəmə kartı gəzdirməyə ehtiyac yaratmadan sürətli və rahat ödəməni təmin edir” deyə Vizanın Qafqaz region üzrə meneceri Kristina Doroş bildirib.
“Neft sektorunun bu layihəni bu qədər ciddi və operativ şəkildə qəbul etməklə istehlakçılara yenilikçi QR kod ilə ödəmə xidmətini təqdim etməsi, bununla da nağd pula daha az asılılığı olan rəqəmsal iqtisadiyyata keçiddə vasitəçilik etməsindən məmnunuq” deyə PaySis şirkətinin E-PUL ödəmə xidmətinin baş direktoru Samir Nəsibov bildirib.
Bu layihə çərçivəsində E-PUL platforması Visa ilə birlikdə 14 dekabr 2020-ci ildən etibarən stimullaşdırıcı kampaniyasına başlayacaq. Visa kartı istifadə edərək SOCAR yanacaqdoldurma məntəqəsində QR kodu ilə yanacaq haqqını ödəyən hər bir E-PUL istifadəçisi, ən azı 10 manatlıq ilk ödənişdə 5 manat endirim alır.
“Nağdsız ödəniş və fiziki kontaktların məhdudlaşdırılması bu günkü pərakəndə bazarlarının əsas tendensiyalarının tələblərini əks etdirən və innovativ olan QR-ödəmələr xidmətinin vacib xüsusiyyətləridir. “Visa” və “E-PUL” mobil əlavəsinin QR kodla ödənişlərin SOCAR-ın yanacaqdoldurma şəbəkəsində tətbiqi bizim müştərilər üçün yeni rahat və təhlükəsiz ödəmə şəraiti yaradacaq, müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına tövhə verəcək, bu isə SOCAR-ın prioriteti hesab olunur”, - qeyd etdi SOCAR PETROLEUM QSC-nin Baş direktorun innovasiyalar üzrə müavini Elnur Mustafayev.
“Yerli bazarda müasir texnoloji həlləri tətbiq edən ölkənin aparıcı maliyyə qurumlarından biri olan PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirmək üçün layihənin həyata keçirilməsinə məmnuniyyətlə dəstək verir. Bu texnologiyadan istifadə edərək yanacaqdoldurma məntəqələrində təqdim olunan ödəmə aləti yeni iş imkanları açmaqla yanaşı, nağdsız ödənişləri qəbul etmək üçün avadanlıq əldə etmə və avadanlıq xərclərini də optimallaşdırmağa imkan verir, həm də adi prosesi son istifadəçi üçün daha da asanlaşdırır və daha rahat edir. Əminəm ki, QR kod ilə ödəmə texnologiyasının tətbiqi miqyasının genişləndirilməsi bundan sonra da Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə mühüm töhfə verəcəkdir” deyə PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov bildirdi.
Xidmətdən istifadə etmək üçün istehlakçılar aşağıdakıları etməlidirlər:
- Android və ya IOS üçün E-PUL mobil tətbiqini yükləməli
Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4
- Visa kartı qeydiyyatdan keçirilməli və mobil tətbiqetmə ilə əlaqələndirməli;
- Operator avtomobildə yanacaqı doldurduqdan sonra, sürücü yanacaq pompasına quraşdırılmış QR-kodu EPUL tətbiqi ilə oxudmalı;
- Tətbiqdə yanacaq üçün ödənməli olunan məbləği bir toxunuşla təsdiqləməlidirlər.
- Operator üçün uğurlu ödəniş haqqında qəbz də verilir.