MƏQALƏNİN ƏVVƏLİ BURADA


Yeni illə bağlı qərarlarınızı yazın


Bu ili evdə oturacağınıza görə, Yeni illə bağlı qərarlarınız üzərində düşünməyə çox vaxtınız olacaq. Bunu bir səbətə bənzədin və içərisində karyera, sağlamlıq, maliyyə, özünəqulluq kimi sahələr olsun. Ən yaxşı ilinizi keçirməyə hazır olun.


Oyun oynayın


Şənliklər ilə bağlı ən yaxşı vasitə oyunlardır. Buna görə də Yeni il ərəfəsində bir neçə oyunun hazır olduğundan əmin olun. Etsy-də Scattegories, Bingo, və Family Feud kimi oyunlara rast gələ bilərsiniz. Əgər Zoom vasitəsilə bir şənlikdə iştirak edirsinizsə, bu platforma üzərindən də oynaya biləcəyiniz çox sayda oyun var.


Bir kokteyl qarışdırın


Yeni il gecəsi tək ola bilərsiniz, amma bu o demək deyil ki, şampan kokteyli hazırlayaraq qədəhinizi yuxarı qaldırmayacağınız anlamına gəlmir. Belə bir kokteyl hazırlamaq üçün isə lazım olan sadəcə albalı da daxil olmaqla bir neçə ərzaq vasitələridir.


Yaddaş bankası hazırlayın


Yeni il ərəfəsi üçün əyləncəli bir ideyamız var. Qarşıdakı 12 ayda qalacaq bir yaddaş bankası dekorasiya edin. Hər dəfə həyatınızda möcüzəvi hadisələr baş verdikdə, bu haqda bir kağıza yazaraq bankaya əlavə edin. Bilet və kartlar kimi xatirələri də bankaya əlavə edə bilərsiniz. 2022-ci ilin Yeni ili ərəfəsində isə yaddaş bankasını aça və 2021-ci ildə başınıza gələn ən yaxşı hadisələri bir daha xatırlaya bilərsiniz.


Bayram axşamı yeməyi hazırlayın


Yeni ilə qədəm qoymağın ən yaxşı yollarından biri də dadlı bir şam yeməyi hazırlamaqdır. Yerli bir restoranda oturmaq əvəzinə (sərt karantinin yanvarın 18-dək olduğunu nəzərə alsaq, bu istək real görünmür - red.) evdə dadlı şam yeməyi hazırlamaq olar. Qızardılmış toyuq və digər dadlı yeməklər ilə əmin olun ki, heç vaxt səhv qərar verdiyiniz haqqında düşünməyəcəksiniz.


Film izləyin


Əlbəttə, yeni il gecəsi klassik filmlərə baxmaq olar. Həmişə xatırlayacağınız bir bayram üçün bir şam yandırın və şampanınızı da əlinizə alaraq, filmin keyfini çıxarın. Məsələn, Yeni ildə baxmaq istəyiniz bir film axtarırsınızsa, birini biz deyək, 1993-cü ildə lentə alınan Groundhog Day filmini qaçırmamağınızı məsləhət görürük. Spolier vermədən deyək ki, film sizə yaxşılıq etməyin nə qədər vacib olduğunu bir il boyunca hər zaman xatırladacaq.


Dadlı bir dessert hazırlayın


2020-ci il kimi bir ildən sonra, hamımız ləzzətli bir təam dadmağa layiqik. Sınamaq istədiyiniz bir neçə dessert seçin və onu dekabrın 31-i səhəri hazırlamağa başlayın. Beləliklə, bayram səhəri və axşamı üçün dadlı qəlyanaltılara sahib olacaqsınız. Çünki fişənglər atılandan (Azərbaycanda bu bayram axşamı həmrəyliyimiz üçün atılan fişənglər ola bilər-red.) sonra, insanların ən çox arzuladığı yemək yemək olur.


Bir qədəh qaldırın


Bir şüşə şampan açın və onu dolduraraq Yeni ildə sizi gözləyəcək yaxşı və ya pis sürpirzlər üçün qədəh qaldırın.


Bir az gurultu qoparın


Axşam saat 12-yə yaxınlaşan zaman yüksək səslə danışmaq istəyə bilərsiniz. Bu tava və qədəhləri toqquşdurmaqla yaranan səslərdən başqa, qızılı bəzəklər də ola bilər. Bu həm də selfi üçün mükəmməl görünəcək.


Zəfər fişənglərinin atılmasını izləyin


2020-ci il Azərbaycan üçün zəfərlə yadda qaldı. Yeni il axşamı azərbacanlıların bir daha həmrəy olduqlarını nümayiş etdirmək üçün fişənglər atıla bilər. Düşünürük ki, koronavirus epidemiyasından dolayı sosial məsafəni qorumaq labüddür. Ona görə də, bu günü yalnız canlı televiziya ekranlarından izləyə bilərik.