YAZININ ƏVVƏLİ BURADA


1. ETMƏ: Müştəriləriniz ilə kommunikasiyanı kəsmək


Müştərilərinizin yəqin ki, böyük əksəriyyətinin fikirləri çox qarışıqdır. Pandemiya zamanı yaranan dəyişikliklərə necə adaptasiya olmalı olduqlarını bilmirlər. Digər müəssisələr ola bilsin ki, pandemiyadan dolayı, onlar ilə, ya əlaqəni kəsiblər, ya da azaldıblar. Bu böhranla bağlı panika və qeyri-müəyyənliyi daha da artıracaq. Əgər ünsiyyəti dayandırsanız, müştərilərinizi hələ də onlar ilə kommunikasiyada olan rəqiblərinizə itirə bilərsiniz. Ən əsası pandemiya bitdikdən sonra, onları geri qaytarmaq çox çətin olacaq. Pandemiyada müştəriləriniz ilə əlaqədə olmaq üçün marketinq kommunikasiya vasitələrindən istifadə etmək ən yaxşı yol ola bilər. E-poçt marketinq planınızı ardıcıl tutun və yeni kontentin davamlı olaraq müştərilərinizə təqdim edildiyindən əmin olun.


2. ETMƏ: Kontent yaratmağı dayandırmaq


Sizinlə eyni sektordakı sahələrin böyük əksəriyyəti çox güman ki, yaratdıqları kontent miqdarını azaldacaqlar, yaxud tamamilə kəsəcəklər. Bu sizin üçün böyük bir fürsət deməkdir. Kontent yaratmağı dayandırmayın. Bunun əvəzinə kontentin yaradılmasını 2 qat artırın. Bəzi kontentlərinizin isə müştərilərinizin pandemiya ilə üzləşdiyi zaman yarana biləcək əsas sualları həll etdiyindən əmin olun. Eləcə də başqa kontent növləri də yaradın. Belə kontent çoxluğu pandemiya bitdikdən sonra, sizə böyük bir üstünlük qazandıracaq. Rəqibləriniz daha sonra, kontent yaratmaq üçün can atacaq. Ancaq nə fayda axtarış nəticələrində daha çox kontentə sahib olacaqsınız.


3. ETMƏ: Marketinq büdcəsini azaltmaq


Pandemiyanın biznesdəki digər sahələrə də təsir etdiyini başa düşmək lazımdır. Gəlir çatışmazlığı səbəbindən bir çox müəssisələr əməliyyatlarını dayandırdılar. Ancaq marketinq səylərinizi artırmağın zamanı gəldi. Belə zamanlarda bir çox müəssisə reklam xərclərini azaltdıqlarına görə, reklam nisbətləri böyük miqyasda düşə bilər. Bu isə o deməkdir ki, reklam dollarlarınız normal vaxtlar ilə müqayisədə daha çox sizi inkişafa aparacaq. Bu bazar payı qazanmağınıza və hər kəsin aktiv olmadığı zaman dominat mövqeyə malik olmağınıza kömək edəcək.