Bill Qeyts 2020-ci ilin kəşf və uğurları haqqında özünün bloqu üzərindən uzun bir məqalə yayımlayıb, ümid edirik ki, onlar 2021-ci ili daha əyləncəli hala gətirər. Milyarderin vurğuladığı 12 səbəb isə belədir:


1. Vaksin inkişafının yüksək sürəti


2020-ci ildə əzcaçılıq şirkətləri eyni anda 2 vaksin yaratmağa və test etməyə nail oldular. Qeyts deyir ki, 2020-ci ilə qədər bəşəriyyət belə bir yoluxucu xəstəlik ilə mübarizədə cəmi bir ildə bu qədər irəli gedə bilməmişdi. Əvvəllər bir peyvəndin yaradılması 10 il çəkirdi, indi isə cəmi bir ildə 2 vaksin yaradıldı və test edildi.


2. İnsanlar özlərini böyük miqyasda maska taxmağa və sosial məsafəni qorumağa təslim etdilər


Bütün insanların heç də 100%-i maska taxıb, sosial məsafəni qorumasa da, onların əksəriyyəti bu şərtlərə uyğunlaşdılar və qəbul etdilər. Qeyts deyib ki, virusun yayılmasını yavaşlatmaq və insanları xilas etmək üçün bu tədbirlər kütləvi peyvənd mərhələsində davam etdirilməlidir.


3. Vaksin qlobal miqyas almağa hazırlaşır


Epidemiya çoxdandır ki, qlobal səviyyədə müşahidə edilir, ona görə də vaksindən istifadə edilməsi də qlobal səviyyəyə çatmalıdır. Bu yolda bir çox çətinlik olsa da, milyarder əmindir ki, bəşəriyyət onların öhdəsindən gələcək.


4. Qarşıda daha çox vaksin var


İki vaksinin uğurla ərsəyə gətirilməsi ona dəlalət edir ki, yeni vaksinlər yaradıla bilər. Fərqli şirkətlər bir neçə istiqamət üzrə fəaliyyət göstərirlər. Bu isə onu göstərir ki, daha effektiv və təhlükəsiz hesab edilən vaksinlər yaradıla bilər.


5. Dünya maliyyə riskini bölüşməyə hazırdır


Maliyyə riski-vaksinin inkişafının bu qədər uzun çəkməsinin əsas səbəblərindən biridir. Ancaq covid-19 mərhələsində bir çox təşkilat riski bölüşmək üçün addımlar atdı. Bəzi hallarda bu ABŞ, Almaniya kimi hökumətlər oldu. Qeyts tərəfindən yaradılan CEPI Fondu da yoluxucu xəstəliklə mübarizə üçün riskləri aldı və epidemiya ilə mübarizə məqsədilə 388 milyon dollar investisiya yatırdı.


6. Şirkətlər görünməmiş razılaşmalara gedirlər


Bir vaksini tapdıqdan sonra, növbəti əsas sınaq onun istehsal edilməsidir. Vaksinə olan tələbatı ödəmək üçün isə şirkətlərin istehsal gücünü bir ildə 2 dəfə artırması lazımdır. Ancaq ümid hələ ki bitməyib: Dünya əcazçılıq şirkətləri arasına razılaşmalar var. Qeyts deyir: “Bu vəziyyətin nə qədər nadir olduğunu desək, yəqin ki, şişirtmərik. Bu ona bənzəyir ki, Ford öz zavodunu Hondaya verir ki yeni Accord avtomobilləri istehsal etsin”, - deyə milyarder vurğulayıb.


Davamı bir sonrakı məqalədə