Azərbaycan əsilli, sabiq rusiyalı senator və xeyriyyəçi Fərhad Əhmədov şəhid və qazi ailələrinə dəstək məqsədilə yaradılan YAŞAT Fonduna 1 milyon manat köçürüb.


Facemark.az xəbər verir ki, o deyib: “Ay yarım əvvəl Vətən Müharibəsi qələbə ilə başa çatdı. Bakıda Zəfər Paradı təşkil edildi. Ölkə işğalçıların qovulmasından sonra ərazilərini bərpa etməyə başladı. Bir dəfə A.V.Suvorov dedi ki, son əsgər dəfn olunmayana qədər müharibə bitməyib. Qəhrəmanlarımıza qayğı göstərmək bizim ən vacib məsələmizdir. Ancaq indi ailələrinə, yaralılara, Vətənin azadlığı uğrunda qan tökənlərə qayğı göstərmək daha az vacib deyil. Yaralarını yaxşılaşdırmalarına, sağlamlıqlarını bərpa etmələrinə və mümkün qədər normal həyata qayıtmalarına kömək etmək bizim ümumi vəzifəmizdir.


Prezident İlham Əliyev fərmanı ilə yararlı və şəhid ailələrinə kömək məqsədilə Yardım Fondu yaradıb. Prezidentin təşəbbüsünü dəstəkləyərək bu Fonda 1 milyon manat bağışlamaq qərarına gəldim”, - deyə Fərhad Əhmədov özünün Facebook səhifəsi üzərində yazıb.


Qeyd edək ki, Vətən Müharibəsini başlanğıcından Fərhad Əhmədov Azərbaycan Ordusuna dəstək məqsədilə genişmiqyaslı aksiya təşkil edib. Müharibənin davam etdiyi 44 gün ərzində milyarderə məxsus olan AzNar QSC gündəlik olaraq əsgərlərə müxtəlif məhsullar və isti platarlar ilə bağlamalar göndərib.


İş adamı yararlı əsgərlərin müalicəsi üçün dərmanların alınmasını təşkil etməklə yanaşı onların xəstəxanalara çatdırılmasını da təmin edib.


Fərhad Əhmədovun təşəbbüsü ilə Göyçay və İsmayıllı rayonlarında şəhid ailələrinə də maddi yardım göstərib. Düşmənin Gəncə şəhərinə ballistik raket hücumları nəticəsində ölən və yaralıların ailələri də milyarderdən maddi dəstək alıb.


Fərhad Əhmədov hər il xeyriyyə işlərinə milyonlarla manat pul xərcləyir. Koronavirus pandemiyası zamanı iş adamının təşəbbüsü ilə əhalinin həssas qrupları üçün qida yardımının çatdırılması təşkil edilib.


Bundan başqa, xeyriyyəçi Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat bağışlayıb.


Azərbaycanlı iş adamı haqqında hazırladığımız FMR VİDEO-ya isə BURADAN baxa bilərsiniz.