“Yeni logo konseptlərin hazırlanması hazırda dövlət idarələrinin logolarının vahid konsept üzərində hazırlanmaması problemindən qaynaqlanıb”.


Bu barədə facemark.az-a qrafik dizayner və art direktor Elmibəy Əliyev özünün yeni layihəsi haqqında danışarkən deyib.


Onun sözlərinə görə, “Vahid konseptin olmaması dövlət qurumlarının logolarının ayrı-ayrılıqda identik göstərmir”.


Elmibəy Əliyev bildirib ki, belə bir problem bir çox dövlətlərdə mövcuddur: “Bu hal da özü özlüyündə vizual zibillik effekti yaradır. Bu problem bir çox dövlətlərdə mövcuddur. Bu konsept logo çalışmamda bu problemin həll edilməsinin mümkünlüyünü göstərmək üçün bir nümunədir”.


facemark.az layihə müəllifinin özünün bizə göndərdiyi vizualları təqdim edir.


Layihənin müəllifi Elmibəy Əliyev – Qrafik dizayner və art direktor