Başqalarını məmnun etməyə çalışmaq
İnsanların sənin haqqında nə düşündüyünün nə əhəmiyyəti var? Verdiyiniz qərarlar sizi sevindirirsə, başqalarının nə deməyindən asılı olmayaraq düzgün seçim etmisiniz. Başqalarının düşüncələrinə fikir vermək üçün nə qədər enerji sərf etdiyinizi düşünün. Sizcə, dəyərmi?
Tövsiyələrə qulaq asın, ancaq onların necə yaşayacağınıza qərar verməsinə icazə verməyin.
Qəzəb və inciklik
Qəzəb insanı daxildən məhv edir, ona görə də sizi qıcıqlandıran insanlar ilə yola getməyi öyrənməlisiniz. Bu o demək deyil ki, başqalarının sizdən istifadə etməyinə icazə verməlisiniz. Sadəcə qalmaqal həddinə çatmayın, kifayətdir. Daxilinizdə qalan qəzəb, niftət və kədər ilə baş açmalısınız. Unutma ki, qəzəbli olsan o səni idarə edəcək. Bəziləri şikayətlərini başqalarına bir yemək kimi daddırırlar. Əmin olun bu ancaq sizə ziyan verəcək.
İdeal bədən görünüşü
Gözəllik sənayesinin trendlərinə, yaxın və dostlarınızın fikirlərinin təsiri altına nə qədər tez düşürsünüz? Bədən vücudunuz yalnız sizə aiddir. Sizdən başqa heç kim onun necə görünməsinə qərar verə bilməz. Hazırda olduğunuz görünüş sizi qane edirmi? Edirsə, başqalarının nə düşündüyü sizi maraqlandırmasın.
İdeal bir partnyorun xəyalı
Hər kəsin beynində ideal partnyorunun xüsusiyyətləri necə olmalıdır, sualına cavab var. Ancaq real həyat çox zaman bu siyahıların üstündən xətt çəkir. Xoşbəxt olmaq üçün bir insanı ürəkdən sevməli, onun yanında çox rahat hiss etməlisiniz. Qarşınızdakı partnyorunuz isə sizi olduğunuz kimi qəbul etməlidir. Ən azı yuxarıdakı iki punkt üst-üstə düşürsə, əla istədiyinizi tapmısınız.
İdeal həyat
Fikirləşirsiniz ki, ideal bir partnyorunuz yoxdursa, deməli ideal həyatınız da yoxdur. Həyat hədəflər qoyduğunuz və onu əldə etmək üçün çalışdığınız yerdir. Yox əgər bunları etməkdən imtina etdiysəniz, təəssüflə deməliyik ki, artıq bədbəxt olmağa qərar vermisiniz.
Mövzunun davamına gələn geridönüşlərə, əsasən, qərar verəcəyik