Ötən günlərdə WhatsApp, istifadəçilərin məxfiliyi üçün uçdan-uca şifrələnmə texnologiyasına keçdiyini açıqlayıb. İstifadəçi müqaviləsində dəyişikliyə gedərək daha çox data əldə etmək istəyən şirkətin bu qərarı ciddi reaksiyalar aldı.


WhatsApp bu gün mətbuat açıqlaması ilə yenilənən şərtlər ilə bağlı olaraq istifadəçilərini maarifləndirib.


Belə bir açıqlamada məqsəd yenilənmənin məqsədi, Facebook-un WhatsApp mesajlarına əlçatanlığı və yenilənmənin istifadəçilərə necə təsir göstərəcəyi ilə bağlı suallara cavab verilib.


WhatsApp-dan edilən açıqlamada bu ifadələrə yer verilib:


WhatsApp olaraq insanların platforma üzərindən alış-veriş etmələrini və müəssisələrdən dəstək almalarını asanlaşdırmaq istəyirik. Şəffaflığı daha da artırmaq və müəssisələrin WhatsApp üzərindən müştəriləri ilə əlaqələrinə kömək olmaq məqsədilə məxfilik siyasətimizi yeniləyirik. Bunun hesabına müəssisələr ana şirkətimiz Facebook üzərindən təhlükəsiz hosting xidməti ala biləcəklər.


Bu yenilənmə WhatsApp-ın Facebook ilə data paylaşmasını dəyişdirmir. Dünyanın harasında olursa-olsun insanların dostları və ya ailələri ilə özəl olaraq necə kommunikasiya qurmalarına təsir etmir.


Gələcək ay ərzində istifadəçilərimizə nəzərdən keçirmələrinə vaxt tanımaq üçün siyasətimizi indidən WhatsApp vasitəsilə paylaşırıq.


Son yenilənmə və bunun istifadəçilər üçün nə mənaya gəldiyini ilə bağlı daha çox məlumat almaq üçün WhatsApp-ın meneceri Will Cathcart-ın açıqlamalarına və aşağıdakı sual-cavablara baxa bilərsiniz.


Bu yenilənmə WhatsApp-ın Facebook ilə olan münasibətinə necə təsir edir?


- Bu yenilənmə, WhatsApp-ın Facebook ilə data paylaşmağını dəyişdirmir. Dünyanın harasında olurlarla olsunlar insanların dostları və ya ailələri ilə özəl olaraq qurduğu əlaqəyə təsir etmir.


- WhatsApp olaraq insanların təhlükəsizliyini qorumağa böyük əhəmiyyət verir və məxfilik siyasətimizi istifadəçilərimiz ilə paylaşırıq. Bir ay ərzində yeni siyasəti nəzərdən keçirmələrinə vaxt tanımaq üçün istifadəçilərimizlə WhatsApp üzərindən bu dəyişikliklər haqqında birbaşa əlaqə qururuq.


Facebook-un bu yenilənmə ilə WhatsApp mesajlarına əlçatanlığı olacaq?


- WhatsApp üzərindən dostlarınız və ailəniz ilə etdiyiniz görüşlər və mesajlaşmalar uçdan-uça şifrələnmə ilə qorunur.


- Uçdan uça şifrələnmə, yolladığınız foto, səs, video, ya da mesajın sadəcə sizin tərəfinizdən və danışdığınız şəxs tərəfindən oxunduğunu və dinlənildiyini qaranti edir.


- Üçüncü tərəflər WhatsApp, ya da Facebook belə bu məlumatları görə bilməz.


- Bunun səbəbi uçdan uca şifrələnmə ilə mesajlarınızın bir açarla təhlükəsiz qalmasıdır və sadəcə alıcı və siz bu açarı açıb oxumağa qadirsiniz.


Bu yenilənmələr Türkiyədəki istifadəçilər üçün nə mənaya gəlir?


Bütün istifadəçilər üçün olduğu kimi, Türkiyədəki istifadəçilər də yuxarıda qeyd edilən gizlilik, uçdan uca şifrələnmə və təhlükəsizlik funksiyaları ilə qorunmağa davam edir.


WhatsApp-ın bu yenilənməsində məqsəd nədir?


- Çox insan WhatsApp-ı dostları və ailəsi ilə söhbət etmək məqsədilə istifadə edir. Get-gedə isə daha çox insan platforma vasitəsilə müəssisələrə çatır.


- Şəffaflığı daha da artırmaq və müəssisələrin platforma üzərindən müştəriləri ilə əlaqəyə keçmələrinə kömək olmaq məqsədilə məxfilik siyasətimizi yeniləyirik.


- Bunun hesabına müəssisələr ana şirkətimiz Facebook üzərindən təhlükəsiz hosting xidməti ala biləcəklər.


- Bundan başqa, platforma üzərindən müəssisələr ilə mesajlaşmayı, ya da əlaqə qurmağı seçməyən şəxslər bu dəyişikliklərdən təsirlənməyəcək.


8 Fevralda nə olacaq?


- Yenilənmə WhatsApp-ın Facebook ilə data paylaşmağını dəyişdirmir və insanların dünyanın harasında olurlarla olsunlar dost və ailəsi ilə olan özəl olaraq qurduğu əlaqəyə təsir etmir.


- WhatsApp-ı istifadə etməyə davam etmək istəyən bütün istifadəçilər, yeni xidmət şərtlərini 8 Fevrala qədər qəbul etməlidirlər.


- WhatsApp-ı istifadə etməyə davam etmək istəyən bütün istifadəçilərin yenilənən xidmət şərtlərini təsdiq edərək platformadan istifadə etmələri mümkün olacaq.