Almaniyada bir bank, müştərilərin istəyinə əsasən plastik kartlarının üzərinə Karl Marksın şəklini çap eləmək qərarına gəlib. Chemnitz şəhərindəki Sparkasse bankının açıqlamasına görə,yeni Master Card-ların üzərinə çap olunması planlanan şəkil, 10 nəfərlik bir siyahıdan müştərilərin səs verməsi ilə seçilmişdi. Bankdan verilən daha bir açıqlamada deyilir ki, müştərilərdən üzərində şəkil olan plastik kartlarına gələn hər iki sifarişdən biridə kartın üzərində Karl Marksın şəklinin olmağını istəyir .