Tbilisidə ABŞ-ın “McDonalds” şirkəti üçün yeni müasir çörək məmulatları zavodu inşa olunacaq.


Facemark.az xəbər verir ki, Report-un məlumatına görə, bu barədə “McDonalds Gürcüstan” şirkətinin təsisçisi, biznesmen Temur Çkoniya “Formula” telekanalına müsahibəsində bildirib.


Onun sözlərinə görə, müəssisə gələn ayın sonunda və ya martın əvvəlində açılacaq: “Dünyada “McDonalds”a məxsus dördüncü olacaq zavoda təqribən 6 milyon avro investisiya qoyulacaq”.


İş adamı istehsal olunacaq məhsulun ixraca yönəldiləcəyini qeyd edib: “Məhsul ilk növbədə “McDonalds”ın 22 restoranının olduğu Azərbaycana ixrac olunacaq. Məmulatların Rusiyanın cənub hissəsinə də çatdırılması mümkündür”.