2020-ci il bir çox FMCG brendləri üçün olduqca çətin keçdi. Başqaları ilə müqayisədə dəyişikliyə daha tez adaptasiya olunan şirkətlər özünütəcriddən xilas olub, gəlirlərini artırmağa nail oldular. NMİ -Group-un PR direktoru Yaroslav Sokolov isə hesab edir ki, bu kontent-marketinqin hesabına baş verib.


Riteylərin çevrilişi


E-commerce-nin artımı yüksəlib. Təxminən 15-17 milyon arası müştəri oflayndan, onlayn alış-verişə keçid ediblər. Zərərləri qarşılaşmaq üçün oflayn şirkətlər rəqəmsallaşmağa doğru getdilər. Kiçik şirkətlər (48%) sosial şəbəkələrdə icmalar yaratmağa başladılar. Böyük şirkətlər isə öz tətbiqlərinin inteqrasiyası prosesini daha da sürtləndirdilər.


AppDynamics-in məlumatına görə, oflayn-riteylərinin 65%-i təxirə saldıqları IT layihələri icra etməyə başladılar.


Kontent marketinqi də dəyişdi. B2C marketololar strategiyalarını hədəfləmə və CMR marketinq üzrə dəyişdilər. Marketoloqların 80%-i bu dəyişikliyi daha effektiv hesab etdilər.


Eldeman-nın məlumatına görə, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, Yaponiya, Cənubi Koreya, Cənubi Afrika, Böyük Britaniya, ABŞ 12000 nəfərin 62%-i hesab edir ki, pandemiyanın yaratdığı yeni problemləri həll etmək üçün şirkətlərin aktiv bir iştirakı tələb edilir. Eyni zamanda, respondentlərin 71%-i hesab edir ki, əgər brendlər insanlar üzərindən gəlir qazanmağa davam edəcəksə, bu halda onlara olan inamlarını həmişəlik itirəcəklər.


Pandemiyanın başlamasından bu yana, kompaniyaların əksəriyyəti və brendlər yeni şərtlərə adaptasiya olmağa başladılar. Hazırda əsas tələb olunan kontent marketinq isə belə olub:


- Dəyişən müştəri ehtiyaclarına fokuslanın;


- Dəstək göstərmək üçün empatiya və istək;


- Müəyyən istehlakçı problemlərini həll edən məhsulların hazırlanması;


- Markanın sosial məsuliyyəti;


- Mobil devays ilə adaptasiya olunan əlçatan forma, bloq, sosial şəbəkə, podkast, video, keys, striminq və s.


DAVAMI NÖVBƏTİ MƏQALƏMİZDƏ…