Bu gün insanların əksəriyyəti vaxtının çoxunu Facebook ilə müqayisədə TikTok-da keçirir. Bu və digər nəticələrə isə App Annie agentliyi özünün illik hesabatı olan State of Mobile-da gəlib.
Bilməli olduğunuz vacib dəyişikliklər isə belədir:
- Qlobal əlavələrdən istifadənin mənzərəsi belə görünür: 2020-ci ildə istifadəçilər 218 milyard yeni tətbiq yükləyiblər. 143 milyard dollar isə tətbiq mağazalarında xərclənib. Orta hesabla bir nəfər gündə 4,2 saat platformalarda vaxt keçirir, bu isə 2019-cu illə müqayisədə 20% daha çoxdur.
- Rusiyada il ərzində platformalarda 1,3 milyard dollar xərclənib.
- 2020-ci ildə istifadəçilərin platformalarda keçirdikləri vaxt və regionun əhatə dairəsi baxımından artım müşahidə edilib. Pandemiya və karantin bu trendi yalnız gücləndirib.
- Yaşlı nəsil tətbiqetmələrə yiyələnirlər. 2020-ci ildə bumerlər tətbiqetmələrdə 30% daha çox vaxt keçiriblər, milleniallar 18%, Z nəsli isə 16% olub.
- Ən popular mobil oyunlar isə təsadüfən yüklənənlərdir, yükləmələrin 78%-i.
- Eyni zamanda, istifadəçilər daha çətin mobil oyunlara xərclərin 66%-ni və zamanlarının 55%-ni sərf edirlər.
- Rusiyada isə ticarət və investisiya qoyuluşuna sərf edilən vaxt il ərzində 75% artıb. Liderlər arasında Sberbank Online, Tinkoff Investments və VTB Online var.
- Rusiyada ən sürətlə böyüyən platformalar isə Telegram, Instagram və TikTok olub.
- 2020-ci ildə istifadəçilər 2019-cu illə müqayisədə 40% daha çox canlı yayımlar açdılar.
- Rusiyada ən popular videoplatformalar isə YouTube (aya 30,4 saat), MX Player (5,1) və Twitch (4,7).
- Ən sürətlə böyüyən platformalar isə Kinopoisk, Twitch və YouTube Kids olub.
- Şopinq üçün istifadə edilən platformalarda keçirilən vaxt isə xeyli artıb.
- Ən çox görünən böyüməni göstərən platformalar isə Avito, Wildberries və AliExpress olub.
- Rusiyada ən popular əlavələr isə (istifadəçi sayına görə birinci yerdə WhatsApp, ikinci yerdə Instagram, üçüncü yerdə isə Sberbank Onlayndır)
- TikTok dünyada və Rusiyada platformada keçirilən vaxta görə lider olaraq qalır.