Bu günlərdə sosial şəbəkərin birində qarşılaşdığım şərh bu mövzu haqda yazmağa sövq elədi. Ümumiyyətlə istənilən mövzu, istənilən informasiya hansısa bir hadisədən qaynaqlanır.. Bəlkə də geniş bir kütləni əhatə etməsə də, marketinq və dizayn sahəsini maraqlandıra biləcək bir mövzu olacağına inanıram..
Çox zaman küçədə gəzərkən gözəl görünüşlü reklam bannerlərin zövqümüzü oxşadığının şahidi oluruq. Ən əsas da rənglərin uyğunluğu, ümumi estetik görünüşün yaradılması çox vacıbdi şərtlərdəndir. Bəs bu təbiətdə gördüyümüz rənglər rəqəmsal aləmdə necə əmələ gəlir,bunlar hardan qaynaqlanır? Bunlar haqda düşünən az bir insan tapılar, ama marketoloqların bunlardan xəbərdar olması vacibdi. Bugün rənglərin təbiətdə və dizaynda necə əmələ gəldiyi haqda qısa məlumat verəcəm.
Rəqəmsal sistemdə rənglər iki cür ifadə edilir : RGB və CMYKRGB
Yəqin ki az -çox dizayn programları ilə maraqlanan insanlar xəbərdardılar. Bunlar nəyi ifadə edir ?
RGB rəng sistemi ingiliscə“red” , “green” , “blue” (yəni qırmızı,yaşıl,mavi) sözlərinin baş hərflərindən əmələ gələn rəng sistemdir. Ən çox istifadə edilən rəng sistemi kimi tanınır. İşığı əsas götürərək hazırlanan bu rəng sistemi təbiətdəki rənglərin kodları bu üç əsas rəngə nisbətən ifadə olunur. Hər rəng 100 % qarışdırıldığında ağ, 0 % isə qara rəng əldə edilir. Bu sferada ana rənglər olan qırmızı, mavi və yaşıl ifadə edilmədiyi üçün bu ana rənglərin qarışımlarından başqa rənglər əmələ gəlir və bu rənglərin rəng tonları dəyişəndə başqa rənglərin də tonları dəyişir.
İnternetdə istifadə edilən rəng sistemi RGB rəng sistemidir. Bunun əsas səbəbi 1953-cü ildə ilk fotoaparat olan Polaroid-də və ondan sonra istehsal olunan televizor markası Sony –də ilk dəfə RGB sisteminin istifadə olunmasıdır. Bizim dövrdə də bəzi televizor markalarında,əl fotoaparatlarında standart olaraq RGB istifadə edilməkdədir.
CMYK
CMYK rəng sistemi əsasən poliqrafiya sahəsində istifadə edilir.CMYK çapda dörd əsas əməliyyat rənginin qısaltmasıdır(Cyan,Magenta,Yellow,Key(black). Bu rənglər tram üsulu ilə çapda istifadə edilən rəngləri əmələ gətirir.İşıq əsaslı RGB rəng sistemində əsas rəng sayə üç ədəddir, Pigment (boya) əsaslı bir rəng sistemi olan CMYK –da isə bu rəng sayı dörd ədəddir. Bu rənglər bunlardır:
- Cyan: (red.türkcə Cam göbeği)
- Magenta: Galibarda
- Yellow: Sarı
- Key (black): Qara (ona görə K hərfi ilə ifadə olunub ki , “b” hərfi “blue” sözünü ifadə etdiyinə görə fərqləndirmək üçün “ black” sözünün son hərfi olan “k”-dan istifadə olunub )
CMYK əsasən mətbəə və çap işlərində geniş istifadə edilir və olduqca praktikdir, hətta turunc rəngini belə almaq problem yaratmır. Yaşıl kimi məşhur bir rəngi almaq üçün cyan və sarının qarışımından asanlıqla almaq mümkündür. Bu səbəbdən CMYK çox “bahalı” bir rəng sistemi olaraq tanınır. Bu səbəbdən poliqrafiya sahəsində günbəgün inkişaf edən 6 rəngli çap rəng sistemi yaranmaqdır.Bu Hexacrome və ya CMYKOG dediyimiz yeni standartdır.
Bir şeyi qeyd etməliyəm ki ,rəqəmsal sferada rənglərin alınması hər zaman marağımda olub ,bu haqda olduqca çox oxumağa çalışmışam. Həmişə düşünürdüm ki, necə olur 3 rəngin birləşməsi ilə bu qədər (ən azı 1600) rəng almaq mümkündür.. Boya sahəsində çalışmağım bu məntiqi tapmaqda yardımçı oldu. Kiçik bir misalı nəzərinizə çatdırım-hər hansısa bir çap vərəqinin üzərində turuncu bir rəng iki rəngin kiçik zərrəciklərinin yan yana durmasından əmələ gəlir.. Bunlar magenta və sarı rənglərdir, ancaq bu nöqtəciklər o qədər kiçikdir ki ,gözlə göründüyü zaman turuncu rəng görsənir, ama böyüdücü ilə baxdığımızda kiçik magenta və sarı rəng nöqtəcikləri yanbayan görmək mümkündür. Yan yana duran iki nöqtəciyi gözümüz fərqli rəngdə görür.
Dizayn da Adobe Photoshop programı RGB sistemi ilə, Corel Draw isə CMYK rəng sistemi ilə işləyib, ancaq müasir dövrdə hər iki system bu programlarda vardır.. CMYK poliqrafiyada rəngləri daha düzgün verə bildiyinə görə Corel Draw-dan geniş istifadə edilib . Bütün printerlərin rəng systemi CMYK sistemidir. Müasir cəmiyyətin insanı Corel-in dövrünün bittiyini iddia etsə də, bu heç də belə deyil, CMYK rəng sisteminin ən güclü nümayəndəsi Corel olub, ilk bu program CMYK sistemlə işləyib, hər zaman da poliqrafiya sahəsində Corel Draw liderliyini saxlamağa çalışacaq. Düzdür müasir dövrdə Adobe şirkəti rəqabət bazarında Photoshop və Aİ (Adobe İllusator) CMYK sistemini tədbiq edib,ancaq bu sinfin rəqibsiz şirkəti hər zaman Corel-dir.
CMYK rəng sistemi
CMYK rəng sisteminin cədvəli
RGB rəng sistemi