FMCG istehsalçısı marketinq və tanıtım xərclərini artırıb, ancaq 2020-ci ilin ilk yarısında şirkət özünütəcriddən dolayı xərclərini dondurmuşdu.


Facemark.az-ın məlumatına görə, Unilever kompaniyası 2020-ci ilin dördüncü rübü və bütün il ilə bağlı maliyyə nəticələrini açıqlayıb.


FMCG istehsalçısının marketinq və tanıtım investisiyası il ərzində 160 milyon dollar artıb. İlin birinci yarısında isə şirkət koronavirus pandemiyasından dolayı büdcəsini dondurmuşdu.


Kompaniyanın dövriyyəsi 2,4% azalaraq €50,7 milyarda çatıb. 2020-ci ilin dördüncü rübündə isə enmə daha yüksək olmuşdu – 4,2% azalaraq €12,1 milyarda çatmışdı. Kompaniyanın ümumi satışları isə 1,9% yüksəlib.


Gözəllik və şəxsi qulluq kateqoriyasında satışlar baza ifadəsində 1,2% artaraq 21,1 milyarda çatıb. Şirkətin markalarından biri olan Lifebuoy uşaqlara əllərin yuyulmasının vacibliyini öyrətdiyinə görə 50% artım göstərmişdi. Buna baxmayaraq özünütəcrid dezodrant, dəriyə və saçlara qulluq vasitələrinə olan tələbi aşağı salmışdı.


İçki və yemək kateqoriyasında isə satışlar 1,3% artaraq €19,1 milyard avroya yüksəlib.


Bütün satışlar üzrə ən güclü artım isə ev üçün olan məhsullarda müşahidə edilib – 4,5%, 10,5 milyard avroya yüksəlib. Hesabatda bildirilib ki, il ərzində bakterisit və antibakterial məhsullara olan tələb isə yüksəlib. Bu kateqoriyada şirkət marketinq çalışmalarını aktiv bir şəkildə artıraraq əsas əməliyyat marjasını 30% artırdı.


Unilever-in baş direktoru Alan Coup isə deyib ki, kompaniyanın biznesi əsas bazarlarda 60%-dən çox yer tutmağa nail olub:


“2021-ci ildə də dəyişkənlik və gözlənilməzlik davam etsə də, biz ili yaxşı formada başlayırıq və inanırıq ki, sürətlə dəyişən bir mühitə adaptasiya ola biləcəyik”.


Coup, eyni zamanda əlavə edib ki, kompaniya restruktrizasiya prosesini başa vurub və çay biznesi üzərində işləməyə davam edəcək.


Unilever Rusiyada oflayn kanallar (TV, ənənəvi mətbuat, radio, çöl reklamı) üzərində ən böyük reklamverənlərin reytinqində 27-ci sırada qərarlaşıb.


2019-cu ildə isə şirkətin reklam büdcəsi 1,9 milyard rubl olub.


FMCG nəhənginin Rusiyada belə brendləri var, Axe, Dove, “Barxatnie ruçki”, “lesnoy balzam”, “çistaya liniya”, “Timotei”, “Domestos”, Cif və başqaları.