Müqəddəs Valentin günü hər il fevralın 14-də dünyanın əksər ölkələrində qeyd edilir. Yarım min ildən çoxdur ki, milyonlarla insan bir-birilərinə sevgilərini etiraf edirlər.
facemark.az sevgililər gününün ən maraqlı tarixlərini bir araya yığıb.
Qədim Roma Luperkaliyası
Bir versiyaya görə, Valentin günü Luperkaliya bayramının transformasiya olunmuş versiyasıdır. Bu bayram Favna (Luperk isə ləqəbidir) tanrısına həsr edilib. Bu bayram hər il fevralın 15-də qeyd edilirdi.
Ənənəyə görə, həmin gün kişilər canlı heyvanı qurban edirdilər, onların dərilərindən isə qamçı hazırlayırdılar, daha sonra çıplaq olub şəhərin küçələrində gəzirdilər, qamçını qarşılaşdıqları hər qadına vururdular.
Qadınlar isə bu qamçı zərbəsini almağa maraqlı idilər, çünki hesab edirdilər ki, qamçı zərbəsi onlara məhsuldarlıq bəxş edəcək. Bu ritual Roma şəhərində geniş yayılmışdı. Şahidlərin dediyinə görə, hətta bu ritualda zadəgan ailənin üzvləri də iştirak edirdilər. Daha sonra o qədər populyar oldu ki, xristianlığın gəlişi ilə bütpərəstlər bu ritualdan xilas oldular.
Qeyd etmək lazımdır ki, bir çox tarixçilər isə Roma “bayramı” ilə sonrakı xristian bayramı arasındakı əlaqəni inkar edir və bunu ehtimaldan başqa bir şey hesab etmir.
Bütün sevgililərin himayədarının qızıl əfsanəsi
Müqəddəs Valentin günü ilə bağlı ən romantik tarix Roma imperatoru II Claudiusun kişilərə evlənmə qadağası ilə bağlıdır. İmperator hesab edirdi ki, evlənməyən kişilər döyüş meydanında daha cəsarətlə mübarizə aparacaqlar.
Müqəddəs Valentin bəzi mənbələrə görə həkim, yaxud keşiş olub. O, bədbəxt sevgililərə yazığı gəlirdi, ona görə də onları mükafatlandırdı. Məsələn, küsülü olanları barışdırdı, danışmayanların sevgi məktubu yazmasına kömək oldu. İmperator onun fəaliyyətini eşidəndən sonra, onu həbs etdi və ölüm hökmü ilə cəzalandırdı. Valentin ona aşiq olan həbsxana gözətçisinin qızı ilə orada tanış oldu. Bəzi mənbələrin dediyinə görə, Valentin rahib olduğundan dolayı, əbədi bakir qalacağına söz vermişdi, ona görə də qızın duyğularına edam edilənə qədər cavab vermir. Ancaq fevralın 13-də edam ərəfəsində o, “Sənin Valentinin” imzası ilə qıza sevgi məktubu göndərir.
Müqəddəs Valentin barəsində daha bir əfsanə
Başqa bir əfsanəyə görə, Valentin gizli xristian idi. Bir dəfə o sevgililər üçün toy mərasimi təşkil etdi, ancaq onların üçünü də tuturlar. O, üst sinifin nümayəndəsi olduğuna görə, o edamdan xilas oluna bilərdi, ancaq o öz həyatını yeni evlənənlər üçün seçməyə üstünlük verdi. O, qırmızı ürək (xristian dininə olan sevgini ehtiva edir) formasında öz həmfikirlərinə məktub yazdı. Onun son məktubu isə inam və xeyirxahlıq ilə bağlı idi. O, ölüm hökmü ərəfəsində o, öz gözlərini korluqdan əziyyət çəkən gözəl bir qıza hədiyyə etdi. Sevgililərin öz yarlarına hədiyyə verməsi də məhz buradan gəlir və bununla bu ənənənin başlanğıcı qoyulub.
Yeri gəlmişkən Valentin müqəddəslərin siması seçilmişdi. XX əsrin ikinci yarısında isə onun adının müqəddəs kimi xatırlanması qadağan edilmişdi. Roma Katolik Kilsəsi onun haqqında dəqiq məlumat tapmadan adını müqəddəslər siyahısından uzaqlaşdırmışdı.
Sevgililər açıqcasının tarixi
Daha sonrakı ilk Valentinin yaranması həbsxanadan həyat yoldaşına məktublar yazan Orlean hersoquna aiddir. Sevgililər günü açıqcası artıq XVIII əsrdə populyarlıq əldə etdi və daha rəngli kağızlarda hədiyyə açıqcaları göndərməyə başladılar.