İlk maliyyə rübündə Disney-in gəliri 22% azalaraq 16,2 milyard dollara çatıb.
Facemark.az xəbər verir ki, şirkətin əməliyyat gəliri isə 1,3 milyard (-67%) dollara düşüb.
Şirkətin proqnozlarına görə, 2021-ci ildə şikətin covid xərcləri 1 milyard dollar təşkil edəcək. Bu pullar isə məhdudlaşdırıcı tədbirlərə əməl edilməsinə və təhlükəsizlik tədbirlərinin təmin edilməsinə xərclənməlidir.
Disneyin əməliyyat gəlirlərinə neqativ təsiri əyləncə sektoru və səyahət olub, Disney Parks, Experiences and Products.
Bu sektor üzrə zərər 2,6 milyard dollar olub, onun rüblük gəliri isə 1,5 dəfə azalıb, əməliyyat zərəri isə 119 milyon dollar olub.
Şirkətin media biznesi daha az zərər çəkib, belə ki, Disney Media and Entertainment Distribution-in gəlirləri sadəcə 5% azalma nümayiş etdirib.
Media biznesin özünün daxilində də ən dinamik inkişaf edən sektor striminq xidmətləri olub. İl ərzində gəlirləri 73% artaraq 3,5 milyard dollara çatıb. DTC seqment, eyni zamanda zərələri azaltmağa nail olub, zərərləri 1,1 milyard dollardan 466 milyon dollara düşüb.
Ekspertlər belə yüksək artım Disney+-da “The Mandalorian” və “Soul” animasiya filminin premyerası ilə əlaqəli olub.
Rüb ərzində pullu istifadəçilər 73,7 milyondan 94,9 milyona çatıb. 2019-cu ilin sonunda onlayn kinoteatrın auditoriyası 26,5 milyon abunəçi olub.