Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus vaksininin əlavə göstərişləri və əks təsirləri haqqında məlumat yayıb.


Facemark.az-ın xəbərinə görə, TƏBİB-in rəsmi “Facebook” səhifəsində qeyd edilib ki, əhali arasında yayılan vaksindən sonra mümkün ola biləcək – baş ağrısı, əzələ ağrısı, qızdırma kimi əlamətlər əks-təsir deyil, əksinə, gözlənilən nəticədir və bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.


“Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksin elementinə qarşı yüksək həssaslığı, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşmə mərhələsində olan insanlara vurulması tövsiyə edilmir” – deyə, qeyd olunub.